Son dəqiqə
Metro stansiyalara yaxın ərazilərdə evlər bahalaşdı – VİDEO Avtomobil almaq istəyənlər bu xəbəri gözləyirdi: ƏDV dəyişir, qiymətlər necə olacaq? Bakıda evləri sökülən sakinlərə ŞAD XƏBƏR: Hər kvadratmetrə 2800 manat… Taksidən istifadə edənlərə PİS XƏBƏR: bahalaşacaq? – VİDEO Yeni tikililərdə yaşayanların DİQQƏTİNƏ: İşığınız və suyunuz kəsilərsə, dərhal buraya müraciət edin! Paytaxtın xəritəsi dəyişir: Bakının bu 5 istiqamətinə axın başlayır – Binəqədi, Zığ, Hövsan və Qala… DSX təcili məlumat yaydı: İrandan havaya qalxdı, Azərbaycanda ələ keçirildi – VİDEO Məktəblərdə payız tətili başladı Qarşıdan elə hava gəlir ki… – Tarixdə cəmi 3 dəfə belə olub Prezidentin 1 həftəsi… – VİDEO

Azərbaycanlı çoban Ermənistana keçib – İDDİA

Cəmiyyət

Ermənistanla sərhədi keçərək bu ölkənin ərazisinə daxil olan azərbaycanlı çobanın saxlanıldığı iddia olunur.

Cagdas.az  xəbər verir ki, bu barədə “Sputnik Ermənistan”a Berd şəhərindəki mənbələr bildirib.

Yerli sakinlərin bildirdiyinə görə, çoban Tavuş vilayətinin Çinari kəndi istiqamətində sərhədi keçib.

İlkin məlumata əsasən, o, hərbi polis tərəfindən saxlanılıb. Hadisə ilə bağlı hələlik rəsmi açıqlama verilməyib.

Xəbər Ermənistanın bir sıra KİV-lərində də tirajlanıb.

Ermənistan Müdafiə Nazirliyi hələlik məsələ ilə bağlı açıqlama verməyib.

Tavuş vilayətindəki icmalardan birinin rəhbəri “NewsTV5”yə açıqlamasında hadisə barədə eşitdiyini, lakin dəqiq məlumatının olmadığını bildirib.

“Bizim rayonun meşələrindən keçərək gəlib”, – deyə icma rəhbəri qeyd edib.

Ermənistan Milli Təhlükəsizlik Xidmətindən məsələni dəqiqləşdirərək məlumat veriləcəyi bildirilib.\modern.az\