Son dəqiqə
Avtomobil almaq istəyənlər bu xəbəri gözləyirdi: ƏDV dəyişir, qiymətlər necə olacaq? Bakıda evləri sökülən sakinlərə ŞAD XƏBƏR: Hər kvadratmetrə 2800 manat… Taksidən istifadə edənlərə PİS XƏBƏR: bahalaşacaq? – VİDEO Yeni tikililərdə yaşayanların DİQQƏTİNƏ: İşığınız və suyunuz kəsilərsə, dərhal buraya müraciət edin! Paytaxtın xəritəsi dəyişir: Bakının bu 5 istiqamətinə axın başlayır – Binəqədi, Zığ, Hövsan və Qala… DSX təcili məlumat yaydı: İrandan havaya qalxdı, Azərbaycanda ələ keçirildi – VİDEO Məktəblərdə payız tətili başladı Qarşıdan elə hava gəlir ki… – Tarixdə cəmi 3 dəfə belə olub Prezidentin 1 həftəsi… – VİDEO Ronaldinyo futbola qayıtmasının səbəbini açıqladı

ABŞ olmasaydı, Ukrayna mövcud olmazdı – Rubio

Cəmiyyət

ABŞ dövlət katibi Marko Rubio bildirib ki, Vaşinqtonun yardımı olmasaydı, Ukrayna suveren dövlət kimi mövcudluğunu qoruya bilməzdi.

Cagdas.az xəbər verir ki, Rubio bu dəstəyin həm Co Baydenin, həm də Donald Trampın administrasiyası dövründə göstərildiyini vurğulayıb.

“Bu məsələ ilə bağlı daha özümüzə haqq qazandırmaq niyyətində deyilik. ABŞ-nin, o cümlədən Tramp administrasiyasının yardımı olmasaydı, Ukrayna indi mövcud olmazdı. Ukrayna suveren dövlət kimi mövcud olmazdı”, – dövlət katibi deyib.

Rubio Ukrayna hərbçilərinin cəsarətinin də nəzərə alınmalı olduğunu bildirib. Onun sözlərinə görə, ukraynalı hərbçilər ölkələri uğrunda böyük şücaətlə döyüşüb və göstərilən yardım sayəsində daha böyük bir ölkəyə qarşı mübarizədə mühüm nəticələr əldə ediblər.

“Ancaq tam aydın deməliyik: ABŞ-nin Bayden administrasiyası dövründə göstərdiyi və hazırkı administrasiya dövründə davam etdirdiyi milyardlarla dollarlıq yardım olmasaydı, bu gün Ukrayna mövcud olmazdı”, – Rubio əlavə edib.\modern.az\