Son dəqiqə
Avtomobil almaq istəyənlər bu xəbəri gözləyirdi: ƏDV dəyişir, qiymətlər necə olacaq? Bakıda evləri sökülən sakinlərə ŞAD XƏBƏR: Hər kvadratmetrə 2800 manat… Taksidən istifadə edənlərə PİS XƏBƏR: bahalaşacaq? – VİDEO Yeni tikililərdə yaşayanların DİQQƏTİNƏ: İşığınız və suyunuz kəsilərsə, dərhal buraya müraciət edin! Paytaxtın xəritəsi dəyişir: Bakının bu 5 istiqamətinə axın başlayır – Binəqədi, Zığ, Hövsan və Qala… DSX təcili məlumat yaydı: İrandan havaya qalxdı, Azərbaycanda ələ keçirildi – VİDEO Məktəblərdə payız tətili başladı Qarşıdan elə hava gəlir ki… – Tarixdə cəmi 3 dəfə belə olub Prezidentin 1 həftəsi… – VİDEO Ronaldinyo futbola qayıtmasının səbəbini açıqladı

İqtisadi rayonlar üçün ayrıca inkişaf modeli hazırlanmalıdır – Deputat

Cəmiyyət

Regionların iqtisadi inkişafını sürətləndirmək üçün hər bir iqtisadi rayonun potensialına uyğun inkişaf modeli hazırlanmalı, yerli idarəetmənin rolu artırılmalı və sahibkarlığa dəstək gücləndirilməlidir.

Cagdas.az  xəbər verir ki, bunu Milli Məclisin deputatı Tahir Mirkişili “Regional inkişaf və yerli özünüidarəetmə sahəsində vəzifələr və çağırışlar” mövzusunda keçirilən konfransda bildirib.

Deputatın sözlərinə görə, regionların kənd təsərrüfatı, turizm və sənaye imkanları ayrıca qiymətləndirilməli, inkişaf strategiyaları həmin üstünlüklərə uyğun qurulmalıdır. Əsas məqsəd iqtisadi artımın sürətləndirilməsi, məşğulluğun genişləndirilməsi və əhalinin rifahının yüksəldilməsi olmalıdır.

Tahir Mirkişili bu prosesdə özəl sektorun rolunu da vurğulayıb:

“Dövlət sahibkarlıq üçün imkanlar yaratmalı, sahibkarlar isə yeni iş yerlərinin açılmasına və büdcə gəlirlərinin artmasına töhfə verməlidirlər”.

Deputat bələdiyyələrdə rəqəmsal idarəetmənin və elektron xidmətlərin genişləndirilməsini də vacib sayıb. O bildirib ki, elektron platformalar vətəndaşlar üçün əlçatan olmalı, bələdiyyələrin fəaliyyətində şəffaflığı artırmalıdır\modern.az\