Son dəqiqə
Avtomobil almaq istəyənlər bu xəbəri gözləyirdi: ƏDV dəyişir, qiymətlər necə olacaq? Bakıda evləri sökülən sakinlərə ŞAD XƏBƏR: Hər kvadratmetrə 2800 manat… Taksidən istifadə edənlərə PİS XƏBƏR: bahalaşacaq? – VİDEO Yeni tikililərdə yaşayanların DİQQƏTİNƏ: İşığınız və suyunuz kəsilərsə, dərhal buraya müraciət edin! Paytaxtın xəritəsi dəyişir: Bakının bu 5 istiqamətinə axın başlayır – Binəqədi, Zığ, Hövsan və Qala… DSX təcili məlumat yaydı: İrandan havaya qalxdı, Azərbaycanda ələ keçirildi – VİDEO Məktəblərdə payız tətili başladı Qarşıdan elə hava gəlir ki… – Tarixdə cəmi 3 dəfə belə olub Prezidentin 1 həftəsi… – VİDEO Ronaldinyo futbola qayıtmasının səbəbini açıqladı

ABŞ 300 mindən çox vizanı ləğv etdi

Cəmiyyət

ABŞ Prezidenti Donald Tramp vəzifəyə gəldiyi gündən bəri 300 mindən çox vizanı ləğv edib.

Cagdas.az xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin konsulluq məsələləri üzrə nazir müavini Mora Namdar sosial şəbəkə hesabında məlumat verib.

O, Ağ Evin rəsmi sosial media hesabında yayımlanan paylaşımı da bölüşüb. Paylaşımda qeyd olunub ki, Tramp administrasiyası əvvəlki administrasiyalarla müqayisədə daha qısa müddətdə və daha çox viza ləğv edib.

Bildirilib ki, viza sahibi olan əcnəbilərin qanunları pozmasına və ya milli təhlükəsizliyə təhdid yaratmasına qarşı sıfır dözümlülük siyasəti tətbiq olunur.

Mora Namdar 300 mindən çox vizanın ləğv edildiyini və bu sayın artmaqda davam etdiyini vurğulayıb. O, viza sahiblərinin ABŞ qanunlarına hörmətlə yanaşmalı olduğunu, əks halda ölkəyə səfər etmək imtiyazını itirəcəklərini bildirib.\modern.az\