Son dəqiqə
Avtomobil almaq istəyənlər bu xəbəri gözləyirdi: ƏDV dəyişir, qiymətlər necə olacaq? Bakıda evləri sökülən sakinlərə ŞAD XƏBƏR: Hər kvadratmetrə 2800 manat… Taksidən istifadə edənlərə PİS XƏBƏR: bahalaşacaq? – VİDEO Yeni tikililərdə yaşayanların DİQQƏTİNƏ: İşığınız və suyunuz kəsilərsə, dərhal buraya müraciət edin! Paytaxtın xəritəsi dəyişir: Bakının bu 5 istiqamətinə axın başlayır – Binəqədi, Zığ, Hövsan və Qala… DSX təcili məlumat yaydı: İrandan havaya qalxdı, Azərbaycanda ələ keçirildi – VİDEO Məktəblərdə payız tətili başladı Qarşıdan elə hava gəlir ki… – Tarixdə cəmi 3 dəfə belə olub Prezidentin 1 həftəsi… – VİDEO Ronaldinyo futbola qayıtmasının səbəbini açıqladı

Zəngəzur dəhlizi ilə bağlı sənəddə bu söz 8 dəfə təkrarlandı

Cəmiyyət

“Fəaliyyət göstərəcək infrastruktur və qurulacaq münasibətlər bir neçə əsas prinsipə söykənəcək. Bunlar suverenlik, ərazi bütövlüyü və yurisdiksiyadır”.

Cagdas.az  xəbər verir ki, bunu Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan parlamentdə Ermənistanla Amerika Birləşmiş Ştatları arasında “Beynəlxalq sülh və rifah naminə Tramp marşrutu” (TRIPP) layihəsinə dair strateji tərəfdaşlıq haqqında çərçivə sazişinin ratifikasiyası barədə qanun layihəsini təqdim edərkən bildirib.

“Əvvəlki sənəddə olduğu kimi, suverenlik sözü ilə bağlı spekulyasiyalara yol verilməməsi üçün əvvəlcədən hesablamışıq ki, bu sənəddə infrastrukturla bağlı suverenlik sözü 8 dəfə işlədilib. Bu, aşağıdakı kontekstdə qeyd olunur: infrastruktur və proseslər üzərində Ermənistanın suverenliyi təsdiqlənir.

Ermənistan öz sərhədləri və gömrük əməliyyatları üzərində tam suverenliyini və yurisdiksiyasını qoruyub saxlayır, sərhədlərin səmərəli idarə olunmasını təmin etməyi öhdəsinə götürür və bütün sərhəd nəzarət-buraxılış məntəqələrində fiziki mövcudluğunu saxlamaq hüququna malikdir”, – deyə Mirzoyan əlavə edib.\referans media\