Son dəqiqə
Avtomobil almaq istəyənlər bu xəbəri gözləyirdi: ƏDV dəyişir, qiymətlər necə olacaq? Bakıda evləri sökülən sakinlərə ŞAD XƏBƏR: Hər kvadratmetrə 2800 manat… Taksidən istifadə edənlərə PİS XƏBƏR: bahalaşacaq? – VİDEO Yeni tikililərdə yaşayanların DİQQƏTİNƏ: İşığınız və suyunuz kəsilərsə, dərhal buraya müraciət edin! Paytaxtın xəritəsi dəyişir: Bakının bu 5 istiqamətinə axın başlayır – Binəqədi, Zığ, Hövsan və Qala… DSX təcili məlumat yaydı: İrandan havaya qalxdı, Azərbaycanda ələ keçirildi – VİDEO Məktəblərdə payız tətili başladı Qarşıdan elə hava gəlir ki… – Tarixdə cəmi 3 dəfə belə olub Prezidentin 1 həftəsi… – VİDEO Ronaldinyo futbola qayıtmasının səbəbini açıqladı

Pensiya ilə bağlı YENİLİK – Bu şəxslərə aylıq əlavə veriləcək

Cəmiyyət

Əmək pensiyaları ilə bağlı qanun layihəsi Milli Məclisdə üçüncü oxunuşda qəbul edilib. Sənəd Prezident tərəfindən imzalandıqdan sonra qüvvəyə minəcək. Yeni dəyişikliklər xüsusi şərtlərlə pensiya hüququ olan şəxslərin, o cümlədən hərbçilərin, deputatların və bir sıra dövlət qurumlarının əməkdaşlarının pensiya təminatına təsir edəcək”.

Cagdas.az xəbər verir ki, bunu BAKU.WS-ə açıqlamasında Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov bildirib.

Deputatın sözlərinə görə, yeni mexanizm çərçivəsində həmin şəxslərin pensiyası hesablanarkən onların fərdi pensiya hesablarında toplanmış kapital nəzərə alınacaq və müəyyən edilmiş qaydada hesablanan məbləğin üzərinə aylıq əlavələr də tətbiq olunacaq:

“Bu yanaşmanın məqsədi xüsusi şərtlərlə pensiyaya çıxan vətəndaşların pensiya təminatını daha da yaxşılaşdırmaqdır. Mövcud sistemdə bəzi kateqoriyalardan olan şəxslərin pensiyası əməkhaqqının müəyyən faizi əsasında hesablanırdı. Yeni qaydalar qüvvəyə mindikdən sonra isə pensiya kapitalı və aylıq əlavələr də hesablamada rol oynayacaq. Nəticədə, şəxsin topladığı pensiya kapitalından və ona tətbiq edilən əlavələrdən asılı olaraq, pensiya məbləği daha yüksək ola bilər.

Məsələn, vətəndaşın fərdi pensiya hesabında 100 000 manat pensiya kapitalı toplandığını nəzərə alaq. Bu məbləğin 85 faizi hesablamaya daxil edilərsə, 85 000 manat əsas götürüləcək. Həmin vəsait 144-ə bölünəcək və alınacaq məbləğin üzərinə aylıq əlavənin də gəlməsi nəzərdə tutulur.

Aylıq əlavələrin hansı məbləğdə müəyyənləşdiriləcəyi və konkret hesablanma mexanizmi isə hələ dəqiqləşdirilməyib. Müvafiq qaydaların Nazirlər Kabineti tərəfindən hazırlanaraq təsdiqlənməsi gözlənilir.

Qanun layihəsində dəyişikliklərin oktyabrın 1-dən tətbiq olunması nəzərdə tutulduğundan, sənəd imzalanaraq qüvvəyə mindikdən və müvafiq qaydalar təsdiqləndikdən sonra əhatə olunan şəxslərin pensiyalarının yeni mexanizm əsasında hesablanmasına başlanıla bilər”.