Son dəqiqə
Avtomobil almaq istəyənlər bu xəbəri gözləyirdi: ƏDV dəyişir, qiymətlər necə olacaq? Bakıda evləri sökülən sakinlərə ŞAD XƏBƏR: Hər kvadratmetrə 2800 manat… Taksidən istifadə edənlərə PİS XƏBƏR: bahalaşacaq? – VİDEO Yeni tikililərdə yaşayanların DİQQƏTİNƏ: İşığınız və suyunuz kəsilərsə, dərhal buraya müraciət edin! Paytaxtın xəritəsi dəyişir: Bakının bu 5 istiqamətinə axın başlayır – Binəqədi, Zığ, Hövsan və Qala… DSX təcili məlumat yaydı: İrandan havaya qalxdı, Azərbaycanda ələ keçirildi – VİDEO Məktəblərdə payız tətili başladı Qarşıdan elə hava gəlir ki… – Tarixdə cəmi 3 dəfə belə olub Prezidentin 1 həftəsi… – VİDEO Ronaldinyo futbola qayıtmasının səbəbini açıqladı

Fransadakı aksiyalara azərbaycanlılar da qoşulub

Cəmiyyət

Fransada kütləvi etirazlar və iğtişaşlar fonunda təhlükəsizlik tədbirləri gücləndirilib. Hakimiyyət Paris və Lion da daxil olmaqla, bir sıra böyük şəhərlərdə gecə saatlarında hərəkət məhdudiyyətlərini uzadıb, yeni aksiyalar ərəfəsində polis qüvvələrinin sayını artırmağa hazırlaşır.

Baş verən son hadisələrin Fransada yaşayan azərbaycanlıların gündəlik həyatlarına necə təsir etdiyi, Azərbaycanlılardan Vətənə qayıdanların olub-olmadığı maraq doğuran məqamlardır.

Cagdas.az – a açıqlamasında Parisdə yerləşən Şərq Dilləri və Sivilizasiyaları Milli İnstitutunun (INALCO) tələbəsi Dilbər Nəcəfova bildirib ki, azərbaycanlı tələbələr də daxil olmaqla, şəhərdə yaşayan və təhsil alan şəxslərə rəsmi qurumların elanlarını izləmək, aksiyaların keçirildiyi ərazilərdən uzaq durmaq və axşam saatlarında nəqliyyat məlumatlarını yoxlamaq tövsiyə olunub.

D.Nəcəfovanın sözlərinə görə, etiraz aksiyalarında bəzi azərbaycanlılar da iştirak ediblər:

“Aksiyalarda iştirak edən azərbaycanlılar da olub. Bəzi soydaşlarımız nümayişlərə qatılıb, bəziləri isə hadisələri uzaqdan izləyib. Aksiyalarda iştirak edən azərbaycanlılardan həbs edilənlər olmayıb. Hadisələrin bu qədər ciddi və narahatedici olmasına baxmayaraq, bildiyimə görə, buna görə Fransanı tərk edib Azərbaycana qayıdan olmayıb”.

Hazırda Parisdə yaşayan Dilbər Nəcəfova baş verən hadisələrin onun gündəlik həyatına ciddi təsirlərinin olmadığını və adi qaydada yaşamağa davam etdiyini bildirib.\modern.az\