Son dəqiqə
Avtomobil almaq istəyənlər bu xəbəri gözləyirdi: ƏDV dəyişir, qiymətlər necə olacaq? Bakıda evləri sökülən sakinlərə ŞAD XƏBƏR: Hər kvadratmetrə 2800 manat… Taksidən istifadə edənlərə PİS XƏBƏR: bahalaşacaq? – VİDEO Yeni tikililərdə yaşayanların DİQQƏTİNƏ: İşığınız və suyunuz kəsilərsə, dərhal buraya müraciət edin! Paytaxtın xəritəsi dəyişir: Bakının bu 5 istiqamətinə axın başlayır – Binəqədi, Zığ, Hövsan və Qala… DSX təcili məlumat yaydı: İrandan havaya qalxdı, Azərbaycanda ələ keçirildi – VİDEO Məktəblərdə payız tətili başladı Qarşıdan elə hava gəlir ki… – Tarixdə cəmi 3 dəfə belə olub Prezidentin 1 həftəsi… – VİDEO Ronaldinyo futbola qayıtmasının səbəbini açıqladı

“Tramp marşrutu” ilə silah və sursat daşınmayacaq – Mirzoyan

Cəmiyyət

TRIPP – “Tramp marşrutu” ilə silah, sursat və təhlükəli kimyəvi maddələr daşınmayacaq.

Cagdas.az  xəbər verir ki, bunu Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan parlamentin xarici əlaqələr komissiyasında TRIPP üzrə saziş layihəsini təqdim edərkən bildirib.

“Azərbaycanla aramızda da belə bir anlayış var ki, qadağan olunmuş yüklər, məsələn, silah və sursat, yaxud təhlükəli kimyəvi maddələr daşınmayacaq”, – nazir deyib.

Mirzoyanın sözlərinə görə, Ermənistanla müxtəlif ölkələr arasında müvafiq sənədlərlə razılaşdırılmış yük və malların konkret siyahısı var. O, Azərbaycanın da bu baxımdan istisna olmayacağını bildirib.

Nazir bəzi kateqoriyalardan olan malların daşınması üçün əvvəlcədən razılıq alınmasının tələb edildiyini də qeyd edib.\modern.az\