Son dəqiqə
Avtomobil almaq istəyənlər bu xəbəri gözləyirdi: ƏDV dəyişir, qiymətlər necə olacaq? Bakıda evləri sökülən sakinlərə ŞAD XƏBƏR: Hər kvadratmetrə 2800 manat… Taksidən istifadə edənlərə PİS XƏBƏR: bahalaşacaq? – VİDEO Yeni tikililərdə yaşayanların DİQQƏTİNƏ: İşığınız və suyunuz kəsilərsə, dərhal buraya müraciət edin! Paytaxtın xəritəsi dəyişir: Bakının bu 5 istiqamətinə axın başlayır – Binəqədi, Zığ, Hövsan və Qala… DSX təcili məlumat yaydı: İrandan havaya qalxdı, Azərbaycanda ələ keçirildi – VİDEO Məktəblərdə payız tətili başladı Qarşıdan elə hava gəlir ki… – Tarixdə cəmi 3 dəfə belə olub Prezidentin 1 həftəsi… – VİDEO Ronaldinyo futbola qayıtmasının səbəbini açıqladı

Azərbaycan Özbəkistanda qızıl çıxaracaq

Cəmiyyət

Özbəkistanın Qaşqadərya vilayətinin Kitab rayonunda Azərbaycanla birgə qızıl hasilatı layihəsinə başlanılır.

Cagdas.az  Özbəkistan Prezidentinin mətbuat xidmətinə istinadən xəbər verir ki, bu barədə Şavkat Mirziyoyevin oktyabrın 21-də vilayətə səfəri zamanı məlumat verilib.

Səfər çərçivəsində ümumi dəyəri 6 milyard dollardan çox olan 161 layihə təqdim olunub. Onlardan 69-u istifadəyə verilib, daha 92 obyektin tikintisinə start verilib.

Mirziyoyev bildirib ki, son beş ildə Qaşqadəryaya 20 trilyon som vəsait yönəldilib, 7 milyard dollar xarici investisiya cəlb olunub. Bu müddətdə vilayətdə adambaşına düşən gəlir üç dəfə artıb.

“2027-ci il müasir sənaye və aqrotexnologiyalar əsasında Qaşqadəryanın inkişaf ili olacaq”, – Özbəkistan Prezidenti vurğulayıb.\modern.az\