Son dəqiqə
Azərbaycan pasportu dünyada neçənci yerdədir? “WhatsApp”a iki yeni funksiya gəlir Xocalı və Ağdərəyə daha 44 ailə köçürülür 34 ildir kreslosunu qoruyur – Yaxın Şərqin dəyişməyən SPİKERİ Ərdoğanın sabiq baş müşaviri saxlanıldı QHT-lər üçün yeni qrant müsabiqəsi elan edildi COP31-ə geri sayım başladı: Antalya qlobal iqlim sammitinə hazırlaşır ABŞ İrana qarşı yeni əməliyyata hazırlaşır – Pentaqon qüvvələri bölgəyə yaxınlaşdırılır “Rusiya ilə Avropa arasında enerji əməkdaşlığı həmişə davam edəcək” – “Novatek” rəhbəri Bazarda artıq mayeləşdirilmiş təbii qaz istehsalı yoxdur — Novatek

Ərdoğanın sabiq baş müşaviri saxlanıldı

Cəmiyyət

Türkiyədə hakim Ədalət və İnkişaf Partiyasının (AKP) keçmiş millət vəkili və sabiq baş nazir müşaviri Ertan Aydın fond araşdırması çərçivəsində saxlanılıb.

Cagdas.az xəbər verir ki, bu barədə İstanbul Cümhuriyyət Baş Prokurorluğu məlumat yayıb.

Bildirilib ki, son əməliyyat çərçivəsində daha 5 şübhəli saxlanılıb və iş üzrə saxlanılanların ümumi sayı 31-ə çatıb. Saxlanılanlar arasında Ertan Aydınla yanaşı Abdulla Dal, Fahri Uğur, Hakan Eryılmaz və Seda Tarım da var.

Qeyd edək ki, Ertan Aydın 2012-ci ildə Rəcəb Tayyib Ərdoğanın siyasi işlər üzrə baş müşaviri təyin olunub və Əhməd Davudoğlunun baş nazirliyi dövründə də bu vəzifədə çalışıb.\modern.az\