Prezident İlham Əliyevin sərəncamı ilə Orxan Məmmədov Yardımlı Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.
Qeyd edək ki, Yardımlı Rayon İcra Hakimiyyətinin sabiq başçısı Ayaz əsgərov təxminən bir ay öncə – sentyabrın 15-də vəzifəsindən azad edilib.
Cagdas.az saytının məlumatına görə, bu təyinatadək Orxan Məmmədov Yasamal Rayon İcra Hakimiyyəti başçısının müavin vəzifəsində işləyib.
Əslən Cəbrayıl rayonundan olan Orxan Məmmədov 1989-cu ildə Bakı şəhərində anadan olub. O, Azərbaycan Dövlət İqtisad Universitetində və Bakı Dövlət Universitetində hüquqşünaslıq üzrə ali təhsil alıb. Həmçinin Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının magistratura pilləsini bitirib.
Orxan Məmmədov əmək fəaliyyəti dövründə Cəbrayıl Rayon İcra Hakimiyyətinin başçısı Aparatında hüquq şöbəsinin müdiri vəzifəsində çalışıb.
Daha sonra Yasamal Rayon İcra Hakimiyyəti başçısı Aparatının hüquq şöbəsinin müdiri vəzifəsində işləyib.
Orxan Məmmədov 2025-ci ilin martında Yasamal Rayon İcra Hakimiyyəti başçısına müavin təyin olunmuşdu.
Onun 37 yaşı var\modern.az\


