Rusiyaya qarşı tətbiq edilən 30 mindən çox sanksiyaya baxmayaraq, ölkə dayanıqlığını qoruyub saxlayır və inkişafını davam etdirir.
Çağdaş.Az xəbər verir ki, bu fikirləri Rusiyanın hakim “Vahid Rusiya” Partiyasının sədri Dmitry Medvedev “Xalqların Azadlığı Uğrunda!” hərəkatının Daimi Komitəsinin üçüncü iclasında çıxışı zamanı səsləndirib.
Medvedev bildirib ki, Rusiyaya qarşı 30 mindən artıq birtərəfli və qanunsuz məhdudlaşdırıcı tədbir tətbiq olunub.
“Hamıya məlumdur ki, Rusiyaya qarşı 30 mindən çox qanunsuz, birtərəfli məhdudlaşdırıcı tədbir tətbiq edilib. Düşünə bilərsiniz ki, bu qədər – 30 min sanksiya – ölkəni zəiflədərdi. Ancaq Rusiya mövqeyini qoruyur, ayaqda qalır və bu təzyiqlərə baxmayaraq inkişafını davam etdirir”, – deyə Medvedev vurğulayıb.
O, sanksiyaların Rusiyaya ciddi təzyiq yaratmasına baxmayaraq, ölkənin iqtisadi və digər sahələrdə fəaliyyətini davam etdirdiyini iddia edib.


