Son dəqiqə
Bakı artıq bitirir, İrəvan indi başlayır: ABŞ-a şikayət edilə bilər Azərbaycanda aliment artırılacaq – YENİ MƏBLƏĞ Fransada etirazlar mağazalara ağır zərbə vurdu: Dövriyyə 80 faiz azalıb Kreditlər artır, ev almaq çətinləşir: İpoteka bazarında son vəziyyət Sizi məyus edəcəm sülhü uzatmaq olmaz – Mirzoyan Bakı Şəhər Statistika İdarəsinin rəisi vəzifəsindən azad olundu Mehri dəmir yolu ilə bağlı cinayət işi açılıb Maliyyə Nazirliyinin vəzifələrindən biri ləğv olundu “Daşınmaz Əmlakın Elektron Reyestri və Kadastrı” haqqında Əsasnamə təsdiqlənib Azərbaycanda yeni cərimələr nəzərdə tutulur – MƏBLƏĞLƏR

Türk dövlətləri üçün ortaq muzey kartı tətbiq ediləcək

Cəmiyyət

Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrin vətəndaşları üçün ortaq muzey kartı tətbiqinin istifadəyə verilməsi planlaşdırılır.

Cagdas.az xəbər verir ki, bu barədə Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AK Parti) sədr müavini, Türk Dövlətləri ilə Əlaqələr üzrə sədr Kürşad Zorlu TDT-nin 13-cü Dövlət Başçıları Zirvəsi ərəfəsində jurnalistlərə açıqlamasında bildirib.

Yeni təşəbbüsün türk dövlətləri arasında turizm əlaqələrinin genişlənməsinə və qarşılıqlı səfərlərin artmasına töhfə verəcəyi gözlənilir.

Kürşad Zorlu qeyd edib ki, ortaq muzey kartı tətbiqi ilə yanaşı, türk dövlətlərinin vətəndaşları üçün hava limanlarında ümumi qeydiyyat masalarının yaradılması istiqamətində də işlər aparılır.

Onun sözlərinə görə, bu təşəbbüslər Türk dünyasında səyahət imkanlarını genişləndirməyə və ölkələr arasında əlaqələri gücləndirməyə xidmət edəcək.

Qeyd edək ki, TDT-nin 13-cü Dövlət Başçıları Zirvəsi oktyabrın 30-da Ankarada keçiriləcək