Son dəqiqə
Galatasarayın ulduzu üçün yeni iddia: Yuventusun hədəfindədir Husilərdən təxliyə çağırışı: Ədən hava limanı hədəf alındı Yəməndə gərginlik artır: Husilər hava zərbəsi ilə bağlı açıqlama yaydı Ramiz Mehdiyev akademik adından məhrum edildi TDT XİN başçılarının müzakirə edəcəyi MÖVZULAR Özünü generalın adamı kimi təqdim edən sahibkar həbs olundu İrəvanda Sülh Şurasının Nizamnaməsi təsdiqləndi Yaşayış minumumu və ehtiyac meyarı artırılır Xoşqədəm Hidayətqızından Ramiz Mehdiyev haqqında ŞOK İFŞALAR: “Məni öldürmək istəyirdilər, anamı erməni çıxardılar, deputat seçilməyimə mane oldular!” Yanvardan minimum əməkhaqqı artırılacaq

İsraildə seçki kampaniyasında Likud Partiyasına dəstək videosu diqqət çəkdi

Dünya

İsraildə oktyabrın 27-də keçirilən parlament seçkiləri zamanı aparılan təbliğat kampaniyaları çərçivəsində sosial şəbəkələrdə yayılan videolardan biri diqqət çəkib.

Çağdaş.Az xəbər verir ki, görüntülərdə qadın kontent istehsalçısının Baş nazir Binyamin Netanyahunun rəhbərlik etdiyi Likud Partiyasına dəstəyini nümayiş etdirdiyi əks olunub.

Videoda gənc qadın Likud Partiyasının seçki loqosu və şüarları olan köynəkdə kamera qarşısına çıxır. Onun yanında olan digər şəxs isə partiyaya məxsus seçki plakatını nümayiş etdirir.

İsraildə seçki kampaniyası dövründə sosial media platformaları siyasi təbliğatın əsas vasitələrindən biri kimi istifadə olunub.

Likud Partiyası seçkiöncəsi dövrdə və səsvermə günü seçiciləri məntəqələrə getməyə çağıran çoxsaylı paylaşımlar edib.

Baş nazir Netanyahu da oktyabrın 27-də yayımladığı müraciətlərdə tərəfdarlarını səs verməyə çağıraraq, seçici fəallığının artırılmasının vacibliyini vurğulayıb.

Parlament seçkilərindən sonra səslərin sayılması davam edərkən, Netanyahu rəhbərliyindəki iqtidar bloku ilə müxalifət arasında hökuməti formalaşdırmaq uğrunda danışıqlar davam edir.

120 yerlik İsrail parlamentində hökumət qurmaq üçün azı 61 deputatın dəstəyi tələb olunur.

İlkin nəticələrə görə, nə iqtidar bloku, nə də müxalifət bu çoxluğu təkbaşına əldə edə bilib. Buna görə də ölkədə koalisiya hökumətinin formalaşdırılması ilə bağlı siyasi danışıqların davam edəcəyi gözlənilir.