Son dəqiqə
SOCAR-ın 100 milyon dollarlıq istiqrazlarının tədavül müddəti başa çatıb Son dərəcə SƏRT QIŞ qapıdadır – 70 ilin ƏN DƏHŞƏTLİSİ olacaq Cəzaçəkmə müəssisələrində peşə təhsili ilə bağlı qaydalar müəyyənləşdi Təhsil işçiləri metro və avtobuslardan 1 qəpiyə istifadə edəcəklər Trampın G20 dəvətində Azərbaycanla bağlı 3 mühüm amil Rusiya Türk Dövlətləri Təşkilatına qoşulmağı məqsədəuyğun sayır Ermənistan Azərbaycana təcili delimitasiya TƏKLİF ETDİ Oktyabrda hava iqlim normasından isti olub “Binance”də təhlükəsizlik böhranı: İstifadəçilər milyardlarla dollar çıxardı Özəl məktəblər geyim qaydaları tətbiq olunacaq?

Ərdoğan Azərbaycan səmasından Zəfər gününümüzü təbrik etdi – VİDEO

Cəmiyyət

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Cənubi Koreyaya səfəri zamanı Azərbaycanın hava məkanından keçərkən Prezident İlham Əliyevi və Azərbaycan xalqını qarşıdan gələn Zəfər Günü münasibətilə təbrik edib.

Cagdas.az xəbər verir ki, Ərdoğanın təyyarəsi ölkəmizin hava məkanına daxil olduqdan sonra laynerin pilotu dispetçerlə əlaqə saxlayaraq Türkiyə Prezidentinin təbrikini çatdırıb.

Ərdoğan öz adından və nümayəndə heyəti adından Prezident İlham Əliyevə və Azərbaycan xalqına səmimi salamlarını və xoş arzularını ifadə edib.

“Fürsətdən istifadə edərək ölkələrimiz arasındakı müttəfiqlik münasibətlərinin və əməkdaşlığın gələcəkdə də möhkəmlənərək inkişaf edəcəyinə güclü inamımı bir daha bildirmək istəyirəm”, – təbrikdə qeyd olunub.

Türkiyə Prezidenti qarşıdan gələn 8 Noyabr – Zəfər Günü münasibətilə İlham Əliyevi və Azərbaycan xalqını səmimi-qəlbdən təbrik edərək ölkəmizə davamlı sülh, firavanlıq və tərəqqi arzulayıb.