Son dəqiqə
Rüşvət alan vəzifəli şəxslər həbs edildi SOCAR-ın 100 milyon dollarlıq istiqrazlarının tədavül müddəti başa çatıb Son dərəcə SƏRT QIŞ qapıdadır – 70 ilin ƏN DƏHŞƏTLİSİ olacaq Cəzaçəkmə müəssisələrində peşə təhsili ilə bağlı qaydalar müəyyənləşdi Təhsil işçiləri metro və avtobuslardan 1 qəpiyə istifadə edəcəklər Trampın G20 dəvətində Azərbaycanla bağlı 3 mühüm amil Rusiya Türk Dövlətləri Təşkilatına qoşulmağı məqsədəuyğun sayır Ermənistan Azərbaycana təcili delimitasiya TƏKLİF ETDİ Oktyabrda hava iqlim normasından isti olub “Binance”də təhlükəsizlik böhranı: İstifadəçilər milyardlarla dollar çıxardı

Rusiya Türk Dövlətləri Təşkilatına qoşulmağı məqsədəuyğun sayır

Cəmiyyət

Rusiyanın Türk Dövlətləri Təşkilatına (TDT) qoşulması anlaşılan və məqsədəuyğun addım olardı.

Cagdas.az xəbər verir ki, bunu Kremlin sözçüsü Dmitri Peskov bildirib.

Onun sözlərinə görə, Moskvaya hələlik rəsmi dəvət daxil olmayıb. Bununla belə, məsələ Qazaxıstan tərəfi ilə təmaslarda müzakirə oluna bilər.

“Rusiyanın Türk Dövlətləri Təşkilatında iştirakına gəlincə, bilirsiniz ki, Rusiyada xalqları tarixi mənşəyinə görə türk olan bir sıra regionlar var”, – Peskov deyib.

Kremlin sözçüsü vurğulayıb ki, söhbət ayrı-ayrı regionların deyil, bütövlükdə Rusiya Federasiyasının təşkilatın işinə qoşulmasından getməlidir.

Qeyd edək ki, daha əvvəl Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Rusiyanın TDT-yə dəvət olunmasını təklif edib.\modern.az\