Son dəqiqə
Ən qonaqpərvər ölkələr açıqlandı – SİYAHI Bu halda ömrünüz 7 il uzanacaq İnsanları maqnit kimi cəlb edirlər – 4 xüsusi doğum günü Yerin altında yetişir, kilosu 7 min manata satılır – Sərvət dəyərindədir ABŞ tarixində ilk müsəlman senator seçilə bilər Həbsdə olan icra başçısının qızına yüksək vəzifə verilib Ermənistanda 4 vəzifəli şəxsin tualet kağızına da büdcədən pul ayrılır – ADLAR Yüz milyonlarla dollar xərcləyən İlon Maskdan seçkidən sonra diqqətçəkən PAYLAŞIM Trampın seçki məğlubiyyətindən sonra Rusiyadan ilk AÇIQLAMA Xamenei: ABŞ-da seçkilərin nəticəsi Vaşinqtonun İran siyasətini dəyişməyəcək

Rusiyada Ermənistana qarşı gizli plan hazırlanıb – Paşinyan

Cəmiyyət

Ermənistanın Baş naziri Nikol Paşinyan ölkə daxilində müxalifətin həyata keçirməyə çalışdığı iddia olunan “gizli plan”ın Rusiyadakı müəyyən dairələr tərəfindən dəstəkləndiyini bildirib.

Cagdas.az xəbər verir ki, Paşinyan bu barədə Ermənistan parlamentində 2027-ci ilin dövlət büdcəsi layihəsinin ilkin müzakirələri zamanı danışıb.

Baş nazirin sözlərinə görə, Ermənistan daxilində həmin planı həyata keçirmək üçün kifayət qədər resurs yoxdur və onun müəllifləri xaricdən dəstək almağa çalışırlar.

“Aydındır ki, bu plan Avrasiya İqtisadi İttifaqının və Rusiyanın müəyyən dairələrində dəstəklənir. Bunun səbəbləri də var. Çünki Ermənistana konkret vədlər və təminatlarla müəyyən şəxslər göndərilib”, – deyə Paşinyan bildirib.

O, müxalifətin fəaliyyətinin xarici qüvvələrin verdiyi təminatlarla əlaqəli olduğunu iddia edib.

“Tarix göstərir ki, xarici təminatçıların iştirak etdiyi proseslər fəlakətlə nəticələnib. Bu dəfə də onların himayəsi altında fəaliyyət göstərən müxalifəti siyasi fəlakət gözləyir”, – deyə Baş nazir vurğulayıb.

Paşinyan əlavə edib ki, müxalifət nümayəndələrinin bu aqibətdən yayınmaq üçün hələ vaxtı var.

Ermənistanın Baş naziri hesab edir ki, ölkənin gələcəyi ilə bağlı yeganə təminatçı xarici qüvvələr deyil, Ermənistan xalqı olmalıdır.\modern.az\