Son dəqiqə
Ermənistanda 4 vəzifəli şəxsin tualet kağızına da büdcədən pul ayrılır – ADLAR Yüz milyonlarla dollar xərcləyən İlon Maskdan seçkidən sonra diqqətçəkən PAYLAŞIM Trampın seçki məğlubiyyətindən sonra Rusiyadan ilk AÇIQLAMA Xamenei: ABŞ-da seçkilərin nəticəsi Vaşinqtonun İran siyasətini dəyişməyəcək 17 manatlıq yağ 21 manat olub – Qiymət niyə ucuzlaşmır? Pensiyaların nə qədər artacağı bəlli oldu Avtovağzalların iş rejimi dəyişəcək – TARİXLƏR Maaşlara 3 faizlik vergi tətbiqindən sonra əmək müqavilələrinin sayı artıb Təhsil kreditlərinin 69 faizi bakalavrların payına düşüb Tələbə qızların fotolarını yayıb silmək üçün pul tələb edirlər – VİDEO

Xamenei: ABŞ-da seçkilərin nəticəsi Vaşinqtonun İran siyasətini dəyişməyəcək

Dünya

İranın ali lideri Müctəba Xamenei ABŞ-da Respublikaçılar Partiyasının aralıq seçkilərdə məğlub olmasının Vaşinqtonun Tehrana münasibətinə təsir etməyəcəyini bildirib.

Çağdaş.Az xəbər verir ki, Xamenei bu fikirləri 1979-cu ildə ABŞ-ın Tehrandakı səfirliyinin ələ keçirilməsinin ildönümü münasibətilə qeyd olunan “Qlobal imperializmə qarşı Milli Mübarizə Günü” ilə əlaqədar yaydığı yazılı bəyanatda səsləndirib.

O iddia edib ki, ABŞ-ın əsas məqsədi “İran xalqını qeyd-şərtsiz təslim olmağa məcbur etməkdir”.

İran liderinin sözlərinə görə, düşmən qarşısında ən kiçik güzəşt belə ölkə uğrunda həlak olanların və xalqın fədakarlıqlarını mənasız edər, eyni zamanda qarşı tərəfi yeni tələblər irəli sürməyə və hücumlara cəsarətləndirər.

Xamenei qeyd edib ki, ABŞ Prezidenti Donald Trampın təmsil etdiyi Respublikaçılar Partiyasının seçkilərdə uğursuz nəticə əldə etməsi Vaşinqtonun İran siyasətində dəyişiklik yaradacağı anlamına gəlmir.

“ABŞ-ın davranışında dəyişiklik gözləyənlər dərin yanılma içindədirlər”, – deyə o vurğulayıb.

İran lideri həmçinin iddia edib ki, ABŞ və İsrailin fevralın 28-də İrana qarşı başladığı müharibə nəticəsində Tehran Hörmüz boğazı üzərində nəzarəti ələ keçirib və bölgədəki ABŞ hərbi bazalarını məhv edib.

O əlavə edib ki, İrana qarşı yeni hücumlar olacağı təqdirdə cavab tədbirləri daha genişmiqyaslı olacaq.

Bəyanatın sonunda Xamenei İranın dəstəklədiyi və “müqavimət cəbhəsi” adlandırdığı silahlı qrupların fəaliyyətini yüksək qiymətləndirib.