Son dəqiqə
Ən qonaqpərvər ölkələr açıqlandı – SİYAHI Bu halda ömrünüz 7 il uzanacaq İnsanları maqnit kimi cəlb edirlər – 4 xüsusi doğum günü Yerin altında yetişir, kilosu 7 min manata satılır – Sərvət dəyərindədir ABŞ tarixində ilk müsəlman senator seçilə bilər Həbsdə olan icra başçısının qızına yüksək vəzifə verilib Ermənistanda 4 vəzifəli şəxsin tualet kağızına da büdcədən pul ayrılır – ADLAR Yüz milyonlarla dollar xərcləyən İlon Maskdan seçkidən sonra diqqətçəkən PAYLAŞIM Trampın seçki məğlubiyyətindən sonra Rusiyadan ilk AÇIQLAMA Xamenei: ABŞ-da seçkilərin nəticəsi Vaşinqtonun İran siyasətini dəyişməyəcək

Metrodan istifadə edənlərin sayı açıqlandı

Cəmiyyət

Bu ilin oktyabr ayında “Bakı Metropoliteni” QSC 16 milyondan çox sərnişin daşıyıb.

Cagdas.az xəbər verir ki, bu barədə səhmdar cəmiyyəti məlumat yayıb.

Girişi ödənişsiz olan “Xocəsən” və “Avtovağzal” stansiyalarından, ümumilikdə 556 min 424 sərnişin istifadə edib.

Bu, sentyabr ayı ilə müqayisədə 64 % çoxdur. 1 milyon 683 min 032 sərnişinlə “Koroğlu” stansiyası oktyabr ayına liderlik edib. 20 oktyabr tarixi isə 641 min 442 nəfərlə ən çox sərnişin daşınan gün olub.

NFC və QR bilet vasitəsilə ümumilikdə 8 milyon 879 min 685 ödəniş həyata keçirilib. Sentyabr ayı ilə müqayisədə rəqəmsal ödənişlərin sayı 15,9% artıb. Gediş haqqının NFC ilə ödənilməsi oktyabr ayında bütün ödənişli sərnişinlərin 43,3%-ni təşkil edib.

“Əlçatan metro” xidmətindən ay ərzində 113sərnişin yararlanıb