Son dəqiqə
Ən qonaqpərvər ölkələr açıqlandı – SİYAHI Bu halda ömrünüz 7 il uzanacaq İnsanları maqnit kimi cəlb edirlər – 4 xüsusi doğum günü Yerin altında yetişir, kilosu 7 min manata satılır – Sərvət dəyərindədir ABŞ tarixində ilk müsəlman senator seçilə bilər Həbsdə olan icra başçısının qızına yüksək vəzifə verilib Ermənistanda 4 vəzifəli şəxsin tualet kağızına da büdcədən pul ayrılır – ADLAR Yüz milyonlarla dollar xərcləyən İlon Maskdan seçkidən sonra diqqətçəkən PAYLAŞIM Trampın seçki məğlubiyyətindən sonra Rusiyadan ilk AÇIQLAMA Xamenei: ABŞ-da seçkilərin nəticəsi Vaşinqtonun İran siyasətini dəyişməyəcək

Bakıda torpaq sahələri bahalaşdı

Cəmiyyət

Bu ilin oktyabr ayında Bakı şəhərində torpaq sahələrinin dəyəri orta hesabla 17.9% bahalaşıb.

Cagdas.az xəbər verir ki, bu barədə Azərbaycan Qiymətləndiricilər Cəmiyyətindən (AQC) məlumat verilib.

Bildirilib ki, rayonlar üzrə ən böyük qiymət artımı Səbail rayonunda müşahidə edilib – 29.1%. Yasamal rayonunda torpaq sahələrinin qiyməti 27.1%, Nəsimi rayonunda 24.5%, Nizami rayonunda isə 22.3% yüksəlib. Xəzər rayonunda bahalaşma 20.2 %, Nərimanov rayonunda 19.7%, Xətai rayonunda isə 16.5% səviyyəsində olub:

“Nisbətən mülayim artım Binəqədi rayonunda (14.9%), Sabunçu rayonunda (12.3%), Suraxanı rayonunda (11.2%), Pirallahı rayonunda (8.6%) və Qaradağ rayonunda (8%) qeydə alınıb”, – məlumatda qeyd olunur.

Qeyd olunub ki, paytaxtın daşınmaz əmlak bazarında qiymət dəyişiklikləri bütün rayonlarda və əmlak kateqoriyalarında eyni templə getməyib. Bahalaşmanın sürəti əmlakın tipindən, coğrafi mövqeyindən, bazarda formalaşan tələb-təklif nisbətindən, ərazinin spesifik xüsusiyyətlərindən və alıcıların davranış modellərindən asılı olaraq dəyişib.

“AQC qiymətləndirmə prosesində bazar qiymətlərinin analizi, əvvəlki dövrlərlə müqayisəli təhlillər, rayonlar arasındakı qiymət fərqləri, bazar iştirakçılarının və mütəxəssislərin fikirləri, sorğu məlumatları, həmçinin tələb-təklif dinamikasını nəzərdən keçirib. Rayonlar üzrə orta göstəricilərin müəyyən edilməsində ərazilərin bazardakı payı və əhali faktoru da hesablamaya daxil edilib”, – məlumatda deyilir.\modern.az\