Son dəqiqə
İnsanları maqnit kimi cəlb edirlər – 4 xüsusi doğum günü Yerin altında yetişir, kilosu 7 min manata satılır – Sərvət dəyərindədir ABŞ tarixində ilk müsəlman senator seçilə bilər Həbsdə olan icra başçısının qızına yüksək vəzifə verilib Ermənistanda 4 vəzifəli şəxsin tualet kağızına da büdcədən pul ayrılır – ADLAR Yüz milyonlarla dollar xərcləyən İlon Maskdan seçkidən sonra diqqətçəkən PAYLAŞIM Trampın seçki məğlubiyyətindən sonra Rusiyadan ilk AÇIQLAMA Xamenei: ABŞ-da seçkilərin nəticəsi Vaşinqtonun İran siyasətini dəyişməyəcək 17 manatlıq yağ 21 manat olub – Qiymət niyə ucuzlaşmır? Pensiyaların nə qədər artacağı bəlli oldu

Ermənistanda 4 vəzifəli şəxsin tualet kağızına da büdcədən pul ayrılır – ADLAR

Cəmiyyət

Ermənistanda 2027-ci ilin dövlət büdcəsi ilə bağlı müzakirələr zamanı hökumət və baş nazir üçün nəzərdə tutulan xərclər gündəmə gəlib. Məlum olub ki, 2026-cı ilin dövlət büdcəsində hökumət iqamətgahının təsərrüfat maliyyələşdirilməsi üçün 621 milyon 340 min 100 dram ayrılıb.

Cagda.az  xəbər verir ki, bu barədə Ermənistanın “Hraparak” nəşri yazıb.

Nəşrin məlumatına görə, 2026-cı ildə ayrılan vəsait 2025-ci illə müqayisədə 18 milyon dram artıb. Gələn il isə daha çox olacaq.

Hesablamalara görə, hökumət iqamətgahlarında yaşayan şəxslərin təminatına gündəlik 1,7 milyon dramdan çox, yaxud təxminən 5 min dollar xərclənir.

Bu vəsait dörd yüksək vəzifəli şəxsin və onların ailələrinin – Nikol Paşinyan (baş nazir), Ararat Mirzoyan (xarici işlər naziri), Ruben Rubinyan (parlamentin spikeri) və Suren Papikyanın (müdafiə naziri) təminatına sərf olunur.

Məbləğə İrəvanın Kond rayonundakı iqamətgahların və ərazinin mühafizəsi, kommunal xərclər, təhlükəsizlik və texniki xidmət üçün nəzərdə tutulan vəsaitlər daxildir.

Lakin nəşrin iddiasına görə, dövlət bu ailələrin ərzaq, tualet kağızı və digər məişət əşyalarından tutmuş, baş nazirin qızlarının manikür xərclərinədək bir sıra ehtiyaclarını da qarşılayır.

Məqalədə vurğulanır ki, dövlət baş nazirə və digər yüksək vəzifəli şəxslərə kifayət qədər yüksək maaş ödəyir. Buna görə də onların şəxsi ehtiyaclarını öz vəsaitləri hesabına qarşılamaları, dövlət və şəxsi pulları qarışdırmamaları vacibdir.\modern.az\