İran Rusiya ilə S-400 zenit-raket komplekslərinin satın alınmasına dair danışıqlar aparır.
Çağdaş.Az xəbər verir ki, bu barədə “Telegraf” nəşri məlumat yayıb.
Qəzetin məlumatına görə, İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Möhsün Rzayi ölkənin ali lideri Müctəba Xameneinin bu sistemlərin tədarükü ilə bağlı xahişinin yer aldığı məktubu Rusiya Prezidenti Vladimir Putinə çatdırıb.
Bildirilib ki, Tehran ABŞ və İsrailin dağıdıcı zərbələrindən sonra hava hücumundan müdafiə sistemini bərpa etməyə ümid edir.
Nəşrin məlumatına görə, Moskva Ukraynadakı hərbi ehtiyaclarını nəzərə alaraq S-400 komplekslərinin tədarükünə könülsüz razılıq verə bilər.
Qeyd edək ki, ötən gün Rusiyada səfərdə olan və bu ölkənin Prezidenti Vladimir Putinlə görüşən İran Ali Milli Təhlükəsizlik Şurasının katibi Möhsün Rzayinin Müctəba Xameneinin məktubunu Rusiya liderinə çatdırdığını açıqlamışdı.


