Xəbər verildiyi kimi, İstanbul Baş Prokurorluğunun apardığı fond istintaqı çərçivəsində Türkiyənin sabiq ailə və sosial siyasət naziri Fatma Betül Sayan Kaya həbs edilib.
Çağdaş.Az Türkiyə mətbuatına istinadla xəbər verir ki, hadisənin doğurduğu rezonans davam edərkən Kayanın illər əvvəl eks-nazir Süleyman Soylunun oturduğu kürsünü ələ keçirmək üçün göstərdiyi səy də yenidən gündəmə gəlib.
Belə ki, 2017-ci ildə Fatma Betül Sayan Kaya öz komandasından bir nəfəri əvvəlcədən zala göndərərək Süleyman Soylunun adətən əyləşdiyi kürsünü tutmasını istəyib. Həmin şəxs Soylunun komandasından gələn şəxslərin təzyiqi ilə qarşılaşdıqdan sonra kürsüdən qalxmağa məcbur olub. Bir müddət sonra zala gələn Fatma Betül Sayan Kaya özü üçün saxlanılmasını istədiyi yerdə Soylunun komandasından bir nəfərin əyləşdiyini görüb. Bu mənzərə onu qəzəbləndirib. O, əl-qol hərəkətləri ilə narazılığını ifadə edərək həmin şəxsi oturduğu yerdən qaldırıb. Baş verənlər isə kameralar tərəfindən anbaan lentə alınıb./Musavat.com/



