Son dəqiqə
AZAL Sabiha Gökçen Hava Limanına uçmayacaq – RƏSMİ Metro stansiyalara yaxın ərazilərdə evlər bahalaşdı – VİDEO Avtomobil almaq istəyənlər bu xəbəri gözləyirdi: ƏDV dəyişir, qiymətlər necə olacaq? Bakıda evləri sökülən sakinlərə ŞAD XƏBƏR: Hər kvadratmetrə 2800 manat… Taksidən istifadə edənlərə PİS XƏBƏR: bahalaşacaq? – VİDEO Yeni tikililərdə yaşayanların DİQQƏTİNƏ: İşığınız və suyunuz kəsilərsə, dərhal buraya müraciət edin! Paytaxtın xəritəsi dəyişir: Bakının bu 5 istiqamətinə axın başlayır – Binəqədi, Zığ, Hövsan və Qala… DSX təcili məlumat yaydı: İrandan havaya qalxdı, Azərbaycanda ələ keçirildi – VİDEO Məktəblərdə payız tətili başladı Qarşıdan elə hava gəlir ki… – Tarixdə cəmi 3 dəfə belə olub

Metro stansiyalara yaxın ərazilərdə evlər bahalaşdı – VİDEO

Cəmiyyət

İstər yeni tikililərdə, istərsə də köhnə mənzillərdə qiymətlər yüksəlir. Bahalaşma kirayə mənzil  bazarında da müşahidə edilir.

Cagdas.az xəbər verir ki, Qiymətləndiricilər Palatasının məlumatlarına görə, 2026-cı ilin üçüncü rübündə mənzil bazarında qiymət indeksi ötən ilin eyni dövrü ilə müqayisədə 8,4 faiz yüksəlib. İlkin mənzil bazarında bahalaşma 10,4 faiz, təkrar mənzil bazarında isə 8,4 faiz təşkil edib.

Kirayədə isə 2026-cı ilin sentyabr ayında icarəçilərin ödədiyi kirayə haqları illik müqayisədə 5,7 faiz, aylıq müqayisədə isə 1,9 faiz artıb.

Əmlak eksperti Elnur Fərzəliyev deyir ki, qiymət artımları daha çox çıxarışlı, ümumi sahəsi az olan və ipoteka predmetinə çevrilən əmlaklarda müşahidə olunur.

Xüsusilə Nəsimi, Nərimanov, Yasamal və Xətai rayonlarında yerləşən mənzillər bazarda aktiv təklif olunan əmlaklar sırasındadır. Digər tərəfdən, mərkəzdən kənar ərazilərdə də yeni tikililərə və daha münasib qiymətli mənzillərə maraq qalmaqdadır.

Kirayə mənzillərin qiymətinə gəldikdə isə paytaxtın mərkəzi ərazilərində bahalaşma daha çox hiss olunur.\modern.az\