Bu ilin oktyabr ayında yaşa görə aylıq sosial müavinət (“qocalıq pensiyası”) alanların sayı 180 398 nəfər olub.
Cagdas.az xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondundan (DSMF) bildirlib.
Məlumata görə, yaşa görə aylıq sosial müavinət alanların 40,8 %-ni kişilər, 59,2 %-ni isə qadınlar təşkil edib.
Xatırladaq ki, əmək pensiyası hüququ olmayan, işləməyən 65 yaşına çatmış şəxslərə sosial yardım göstərilməsi məqsədilə aylıq 220 manat məbləğində yaşa görə müavinət verilir.


