Son dəqiqə
Dövlət borcundan hər vətəndaşın payına 2 326 manat düşür Dövlət qulluğuna qəbul və müsahibə qaydaları 5 aya hazırlanacaq Dövlət qulluqçusunun pedaqoji fəaliyyəti yeni qaydada tənzimlənəcək Bu tarixlərdə maqnit qasırğası olacaq – Xəbərdarlıq AZCON-un dövlət satınalmaları üzrə səlahiyyətləri rəsmiləşdirildi Küləkli havada işləyənlərə dair yeni qaydalar təsdiqləndi Prezident hüquqi şəxslərin elektron satınalma müqavilələrini təsdiq edib Yağışlardan sonra Bakıdakı qəbiristanlıqlar su altında qaldı – VİDEO 2027-ci il büdcəsi müzakirəyə çıxarıldı – Gəlirlər və xərclər Sərhədi uçuş aparatı ilə pozan İran vətəndaşı saxlanıldı – DSX-dən ƏMƏLİYYAT

Dövlət borcundan hər vətəndaşın payına 2 326 manat düşür

Cəmiyyət

Azərbaycanın dövlət borcunun əhalinin sayına nisbəti hesablandıqda adambaşına təxminən 2 326 manat düşür.

Cagdas.az xəbər verir ki, maliyyə naziri Sahil Babayev Milli Məclisin plenar iclasında “Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı dövlət borcunun məbləğini açıqlayıb.

Nazirin sözlərinə görə, 2026-cı il oktyabrın 1-nə Azərbaycanın dövlət borcu 23,9 milyard manat təşkil edib. Bu, illik ümumi daxili məhsulun 17,3 faizinə bərabərdir.

Sahil Babayev bildirib ki, ümumi borcun 16,2 milyard manatı və ya 68 faizi daxili, 7,7 milyard manatı və ya 32 faizi xarici dövlət borcunun payına düşür.

Əhalinin sayını 10 milyon 276 min 56 nəfər götürməklə Modern.az-ın hesablamasına görə, adambaşına düşən dövlət borcu təxminən 2 325 manat 80 qəpik təşkil edir.