Son dəqiqə

Bəzi xərclərin azaldılması iqtisadi itkilərə səbəb ola bilər

Cəmiyyət

Büdcə xərclərinin azaldılması avtomatik olaraq dövlət vəsaitlərindən istifadənin səmərəliliyinin yüksəlməsi demək deyil.

Cagdas.az xəbər verir ki, bunu Milli Məclisin plenar iclasında gələn ilin büdcə zərfinin müzakirəsi zamanı İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Azər Əmiraslanov bildirib.

Onun sözlərinə görə, büdcə xərclərinin optimallaşdırılması zamanı həmin xərclərin iqtisadi artıma, məşğulluğa və özəl sektora təsiri qiymətləndirilməlidir:

“Bütün xərc maddələrinin iqtisadi nəticəsi eyni deyil. Bəzi xərclərin azaldılması qısamüddətli büdcə qənaəti yaratsa da, uzunmüddətli perspektivdə iqtisadi itkilərə səbəb ola bilər”.