Son dəqiqə

Novxanıda yol bağlandı, avtobus çimərlikdən keçdi – VİDEO

Cəmiyyət

Zabrat və Novxanı qəsəbələrini birləşdirən 537 nömrəli marşrut xətti üzrə hərəkət edən avtobus əsas yolun bağlı olması səbəbindən çimərlik ərazisindən keçməli olub.

Cagdas.az xəbər verir ki, bununla bağlı görüntülər sosial şəbəkələrdə yayılıb.

Paylaşımlarda bildirilib ki, alternativ yoldan istifadə edən nəqliyyat vasitələri bəzi hissələrdə dəniz sahilinə, dalğaların çatdığı ərazilərə qədər irəliləməli olub.\modern.az\