Son dəqiqə
İrandan ABŞ-la bağlı yeni hərbi iddia: MQM-170 yerə endirildi Ermənilər Nəsimi Musayevin işini məhkəməyə göndərdilər Aİ-dən Ukraynaya milyardlıq hərbi dəstək: 1,76 milyard avro köçürüldü Bu tarixdə doğulanlar zəngin olur – Hesablama qaydası İdxal-ixrac və yükdaşımalar “bir pəncərə”dən idarə olunacaq QHT-lərin yaradılması və fəaliyyətinin bərpası qaydaları dəyişir Özəl investisiyalar üçün yeni vergi təşviqləri davam etdirilir Generalın qızının ev dustaqlığına prokurordan etiraz Mağazada qiymət göstərməyənlər 1 650 manatadək cərimələnəcək Ayın 17-də qar yağacaq, 10 dərəcə şaxta olacaq – Proqnoz

Aİ-dən Ukraynaya milyardlıq hərbi dəstək: 1,76 milyard avro köçürüldü

Dünya

Avropa Komissiyası Ukraynanın təcili hərbi ehtiyaclarının qarşılanması məqsədilə Kiyevə 1,76 milyard avro vəsait köçürüb.

Çağdaş.Az xəbər verir ki, bu barədə Brüsseldə keçirilən brifinqdə Avropa Komissiyasının sözçüsü Balazs Ujvari məlumat verib.

Onun sözlərinə görə, ayrılan vəsait 90 milyard avroluq Ukraynaya Dəstək Kredit Proqramı çərçivəsində ödənilib.

“Bu gün Avropa Komissiyası Ukraynaya 1,76 milyard avro vəsait köçürüb. Maliyyə raketlər, pilotsuz uçuş aparatları (PUA), sursat, hava hücumundan müdafiə sistemləri, o cümlədən erkən xəbərdarlıq radarları və digər müdafiə vasitələrinin alınmasına yönəldiləcək”, – deyə Ujvari bildirib.

O qeyd edib ki, bu vəsait hesabına ABŞ istehsalı olan Patriot hava hücumundan müdafiə sistemləri üçün raketlərin alınması mümkün olmayacaq.

Sözçünün izahına görə, maliyyələşdirilən bu tranş çərçivəsində alınacaq bütün silah və hərbi texnika yalnız Avropa İttifaqı ölkələrində və ya Ukraynada istehsal olunmalıdır.

Qeyd olunub ki, ayrılan 1,76 milyard avro bundan əvvəl Avropa İttifaqı Şurası tərəfindən təsdiqlənmiş 8 milyard avroluq maliyyə paketinin tərkib hissəsidir.