Son dəqiqə
Hakan Fidan Brüsseldə almaniyalı həmkarı ilə görüşüb Əhaliyə şad xəbər: qaz və işıq limitlərinə yenidən baxılması MÜZAKİRƏ EDİLİR Bakıda 5 milyonluq əmlak sahibindən xəbərsiz söküldü – Amma gör kimi məhkəməyə veriblər! KKTC Prezidenti Erhürman İsveç səfiri ilə Kipr məsələsini müzakirə edib Türkiyə ilə Ermənistan arasında müntəzəm yük uçuşları başladı Hörmüz boğazında gərginlik artır: Tankerlərin minaya düşdüyü bildirildi İrandan ABŞ-la bağlı yeni hərbi iddia: MQM-170 yerə endirildi Ermənilər Nəsimi Musayevin işini məhkəməyə göndərdilər Aİ-dən Ukraynaya milyardlıq hərbi dəstək: 1,76 milyard avro köçürüldü Bu tarixdə doğulanlar zəngin olur – Hesablama qaydası

KKTC Prezidenti Erhürman İsveç səfiri ilə Kipr məsələsini müzakirə edib

Dünya

Şimali Kipr Türk Cümhuriyyətinin (KKTC) Prezidenti Tufan Erhürman İsveçin Lefkoşa səfiri Henrik Cederini qəbul edib.

Çağdaş.Az xəbər verir ki, görüş zamanı Kipr problemi, adadakı son vəziyyət və aktual siyasi proseslərlə bağlı fikir mübadiləsi aparılıb.

KKTC Prezidentliyində keçirilən görüşdə tərəflər Kipr məsələsinin hazırkı durumu və mümkün inkişaf istiqamətlərini müzakirə ediblər.

Görüşdə KKTC Prezidentinin müşavirləri də iştirak edib. Prezident Administrasiyasının katibi Mehmet Dana və Diplomatiya və Xarici Əlaqələr üzrə müşavir İpek Borman da görüşdə yer alıblar.

Söhbət zamanı qarşılıqlı fikir mübadiləsi aparılıb, görüşün sonunda isə tərəflər arasında hədiyyə təqdimatı həyata keçirilib.