Son dəqiqə
Gələn ilin dövlət büdcəsi birinci oxunuşda qəbul edildi – YENİLƏNİB Yastıpəncəli şəxslər hansı hallarda hərbi xidmətə aparılmır? Aylıq 419 manatdan 91 mənzil kirayəyə verilir – ÜNVANLAR Tələbə kreditlərinin verilməsi qaydaları dəyişdirilsin – Komitə sədri Nəsiminin erməni qadına 6 dəfə atəş açdığı, uşaqları hədələdiyi iddia olunur Yataqxanalarda yaşayanlar Qarabağa tez köçürülsün – Deputat Xəzərin sahilboyu ərazilərinin dövlət idarəetməsi təkmilləşdirilir Daha bir deputat mediaya ayrılan vəsaitin artırılmasını təklif etdi Bəzi ərazilərdə yağış, dağlarda qar yağacaq Britaniya ilə əməkdaşlıq enerji ilə məhdudlaşmayacaq

Yastıpəncəli şəxslər hansı hallarda hərbi xidmətə aparılmır?

Cəmiyyət

“Hərbi-həkim ekspertizası haqqında Əsasnaməyə əsasən, tibbi qiymətləndirmə zamanı yastıayaqlı şəxsdə ayaq tağının hündürlüyü 17 mm-dən az olduqda (III dərəcə yastıayaqlılıq) müvafiq şərtlərə uyğun olaraq çağırışçı hərbi xidmətə yararsız hesab edilir”.

Cagdas.az  xəbər verir ki, bunu DOST TV-də canlı yayımlanan “Sosial saat”verilişində Dövlət Tibbi Sığorta və Ekspertiza Agentliyinin Çağırışçıların tibbi qiymətləndirilməsi departamentinin müdir müavini Günel Məmmədova izləyicilərin suallarını cavablandırarkən bildirib.

O qeyd edib ki, nazirliyin “Tibbi şəhadətləndirmə” altsisteminə barəsində məlumatlar daxil edilmiş çağırışçının Agentlikdə yekun tibbi müayinəsinin keçirilməsi üçün altsistem tərəfindən avtomatik tarix müəyyən edilir və ona bu barədə məlumat  verilir.

Tibbi qiymətləndirmə nəticəsində qəbul edilən yekun qərarla çağırışçı “mygov” portalındakı şəxsi kabineti vasitəsilə tanış ola bilir.\modern.az\