Son dəqiqə
Qış dekabrın 22-də başlayır: Bakıda gecə 14 saatdan uzun olacaq Din xadimlərinə yeni məhdudiyyət qoyulub? – Şuradan açıqlama Bayden memuar yazıb: Putin, Zelenski və Trampdan bəhs edib – Maraqlı ETİRAFLAR “29 mindən çox sakinin yaşadığı massivdə məktəb yoxdur” Gələn ilin dövlət büdcəsi birinci oxunuşda qəbul edildi – YENİLƏNİB Yastıpəncəli şəxslər hansı hallarda hərbi xidmətə aparılmır? Aylıq 419 manatdan 91 mənzil kirayəyə verilir – ÜNVANLAR Tələbə kreditlərinin verilməsi qaydaları dəyişdirilsin – Komitə sədri Nəsiminin erməni qadına 6 dəfə atəş açdığı, uşaqları hədələdiyi iddia olunur Yataqxanalarda yaşayanlar Qarabağa tez köçürülsün – Deputat

Din xadimlərinə yeni məhdudiyyət qoyulub? – Şuradan açıqlama

Cəmiyyət

Din xadimləri ilə bağlı Dövlət Qulluğu Məcəlləsində yeni məhdudiyyətin tətbiq edildiyinə dair bəzi media subyektləri və sosial şəbəkələrdə yayılan məlumatlar həqiqətə uyğun deyil.

Cagdas.az xəbər verir ki, bu barədə Media və Yayım Şurasının açıqlamasında bildirilib.

Şura qeyd edib ki, din xadimləri dövlət orqanlarına seçildikdə və ya təyin olunduqda həmin vəzifəni tutduqları müddətdə peşəkar dini fəaliyyətlərini dayandırmalıdırlar. Bu tələb “Dini etiqad azadlığı haqqında” Qanunun 4-1.3-cü maddəsində artıq təsbit olunub.

Açıqlamaya əsasən, Dövlət Qulluğu Məcəlləsinin 20.2.8-ci maddəsi də həmin hüquqi normaya əsaslanır və mövcud tələbi sistemləşdirir.

“Qeyd olunan müddəa vətəndaşların dini etiqadına və ya dini təhsilinə deyil, yalnız peşəkar dini fəaliyyətlə məşğul olan şəxslərin statusuna aiddir. Bu normanın dini mənsubiyyətə görə məhdudiyyət kimi təqdim edilməsi qanunvericiliyin mahiyyətini təhrif edir və ictimaiyyətdə yanlış təsəvvür formalaşdırır”, – açıqlamada vurğulanıb.

Şura mövcud qanunvericilik nəzərə alınmadan yayılan bu cür məlumatları ictimai rəyi çaşdıran manipulyasiya kimi qiymətləndirib.

Media subyektləri və sosial şəbəkə istifadəçiləri hüquqi aktlarla bağlı məlumat yayarkən rəsmi mənbələrə istinad etməyə, normaları əvvəlki hüquqi tənzimləmələrlə müqayisəli təhlil etməyə və yalnız dəqiq, təsdiqlənmiş informasiya təqdim etməyə çağırılıb.\modern.az\