Son dəqiqə

Dolların, avro və rublun bugünkü məzənnəsi açıqlandı

İqtisadiyyat

Azərbaycan Mərkəzi Bankının bu günə olan rəsmi valyuta məzənnələrinə əsasən, ABŞ dollarının məzənnəsi dəyişməyərək 1,7000 manat olub.

Cagdas.az xəbər verir ki, avronun məzənnəsi 0,24 % azalaraq 1,8637 manat, 100 Rusiya rublunun məzənnəsi isə 0,28 % azalaraq 2,0630 manat təşkil edib.

Qeyd edək ki, ötən gün avronun rəsmi məzənnəsi 1,8681 manat, 100 Rusiya rublunun məzənnəsi isə 2,0687 manat təşkil edib.