Son dəqiqə

Millətlər Liqasında bütün 1/4 finalçılar bilindi

İdman

UEFA Millətlər Liqasında 1/4 finalın bütün iştirakçıları bəlli olub.

Çağdaş.Az xəbər verir ki, başa çatan qrup mərhələsinin son turunun nəticələrə əsasən Fransa, Belçika, Almaniya, Niderland, İngiltərə, İspaniya, Portuqaliya və Norveç milliləri 1/4 finala vəsiqə qazanıblar.

Bu komandalar A Liqasında qruplarında ilk iki yeri tutanlardır.

Bu mərhələnin püşkü noyabrın 20-də atılacaq. 1/4 finalın ilk oyunları 2027-ci il martın 25-27-də, cavab görüşləri isə martın 28-30-da keçiriləcək. Turnirin final mərhələsi isə iyunun 9-13-də təşkil olunacaq.

Qeyd edək ki, Millətlər Liqasının son qalibi Portuqaliya millisidir. Portuqaliyalılar ötən mövsümün finalında İspaniyanı penaltilər seriyasında 5:3 hesabı ilə məğlub ediblər./Fanat.Az/