Çağırışaqədər yaş həddində olan vətəndaşların və çağırışçıların tibbi şəhadətləndirilməsinin qaydası açıqlanıb.
Cagdas.az xəbər verir ki, vətəndaşlar qeydiyyatda olduqları Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli qurumlarının hərbi həkim komissiyasında tibbi baxışdan keçirilirlər.
Bildirilib ki, tibbi baxış zamanı vətəndaşlar zəruri laborator və instrumental müayinələrə göndərilir. Ehtiyac olduğu halda tibb müəssisələrində əlavə müayinələr də aparılır.
Tibbi şəhadətləndirmənin nəticələrinə əsasən, vətəndaşlar barəsində qərar Nazirlər Kabinetinin 29 fevral 2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin I qrafasına uyğun olaraq qəbul edilir.\modern.az\


