Son dəqiqə
Müəllimlərin işi asanlaşacaq – Kurikulumda YENİLİK – RƏSMİ Əhalinin NƏZƏRİNƏ – Səhər saat 4-dən başlayıb… Dubay şeyxinin keçmiş azərbaycanlı gəlininin iddiaları BMT-yə çatdı: Döyülmə, iynə, 6 günlük həbs… Ərazi məsələsində Rusiyaya təzyiq nəticə verməyəcək Liderlər sülh haqqında Bəyannamə qəbul etdilər – TAM MƏTN Sabah Bakıya leysan yağacaq Bakının bu rayonunda mənzillər KƏSKİN UCUZLAŞDI DSK-nın yaydığı məlumat diqqət çəkdi – Gedişhaqqı arta bilər? “Leyla Əliyevanın səfəri bu əlaqələrin möhkəmləndirilməsində mühüm addım olub” – Prezident Azərbaycana gətirilən şokoladlı meyvələrdə uyğunsuzluq aşkarlandı

Dubay şeyxinin keçmiş azərbaycanlı gəlininin iddiaları BMT-yə çatdı: Döyülmə, iynə, 6 günlük həbs…

Cəmiyyət

Dubay Əmiri Şeyx Məhəmməd bin Rəşid Əl-Məktumun qardaşı oğlu Şeyx Səid bin Məktum bin Rəşid Əl-Məktumun keçmiş həyat yoldaşı Zeynəb Cavadli ilə bağlı yenidən Birləşmiş Millətlər Təşkilatına (BMT) müraciət edilib.

Cagdas.az   xəbər verir ki, bu barədə Britaniya mediası məlumat yayıb.

Məlumata görə, Böyük Britaniyalı vəkil Devid Heyq “Mail” nəşrinə açıqlamasında bildirib ki, insan hüquqları üzrə vəkil, Kral Hüquq Məsləhətçisi (KC) Rodni Dikson çərşənbə günü BMT-yə rəsmi müraciət edərək üç qızın harada olduğu və vəziyyəti ilə bağlı məlumat əldə etmək üçün təşkilatın müdaxiləsini istəyib. Bundan əlavə, Rodni Dikson BMT-nin işgəncələrlə bağlı aparıcı müstəntiqi Pau Peres-Salesdən Zeynəb Cavadlinin 2026-cı ilin iyununda həbs olunması, saxlanılması və həbsdə olduğu müddətdə ona qarşı rəftarla bağlı araşdırma aparılmasını xahiş edib.

Məlumatda iddia olunur ki, həmin vaxt Cavadli döyülüb, ona dərman preparatları inyeksiya edilib, Dövlət Təhlükəsizliyi orqanları tərəfindən altı gün ərzində vəkilsiz saxlanılıb, gözləri bağlanmış vəziyyətdə dindirilib və təzyiq altında etiraf videosu çəkməyə məcbur edilib.

Qeyd edək ki, bu, Zeynəb Cavadlinin BMT-yə ikinci müraciətidir. 2022-ci ilin oktyabrında Rodni Dikson onun adından şikayət təqdim edərək keçmiş əri ilə uzun müddətdir davam edən qəyyumluq mübahisəsi zamanı Dubay hakimiyyət orqanları tərəfindən zorakılıq, təqib və hədə-qorxu hallarına məruz qaldığını iddia edib.

Devid Heyq məsələ ilə bağlı açıqlamasında bildirib: “Bu məsələ mediada işıqlandırıldıqdan sonra Dubay hakimiyyət orqanları ona açıq danışmağı dayandırmağı və şikayətini geri götürməyi tapşırıb. Bunun müqabilində qızlarını yanında saxlamağa icazə veriləcəyi bildirilib”./Musavat.com/