Son dəqiqə
Müəllimlərin işi asanlaşacaq – Kurikulumda YENİLİK – RƏSMİ Əhalinin NƏZƏRİNƏ – Səhər saat 4-dən başlayıb… Dubay şeyxinin keçmiş azərbaycanlı gəlininin iddiaları BMT-yə çatdı: Döyülmə, iynə, 6 günlük həbs… Ərazi məsələsində Rusiyaya təzyiq nəticə verməyəcək Liderlər sülh haqqında Bəyannamə qəbul etdilər – TAM MƏTN Sabah Bakıya leysan yağacaq Bakının bu rayonunda mənzillər KƏSKİN UCUZLAŞDI DSK-nın yaydığı məlumat diqqət çəkdi – Gedişhaqqı arta bilər? “Leyla Əliyevanın səfəri bu əlaqələrin möhkəmləndirilməsində mühüm addım olub” – Prezident Azərbaycana gətirilən şokoladlı meyvələrdə uyğunsuzluq aşkarlandı

Əhalinin NƏZƏRİNƏ – Səhər saat 4-dən başlayıb…

Cəmiyyət

Yer kürəsində noyabr ayının əvvəlindən bəri ikinci maqnit qasırğası qeydə alınıb.

Cagdas.az xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Kosmik Tədqiqatlar İnstitutunun Günəş Astronomiyası Laboratoriyası məlumat yayıb.

Məlumata görə, geomaqnit aktivliyi Bakı vaxtı ilə saat 04:00-dan 07:00-dək güclənib. Baş verən maqnit qasırğasının gücü G1 səviyyəsini keçməyib və zəif hesab olunur.

Alimlər bildiriblər ki, bu hadisəyə son iki gündə Yer kürəsinə təsir edən tac dəliyi səbəb olub. Noyabrın 20-də səhər saat 10:00-a qədər isə geomaqnit vəziyyət yenidən sabitləşib.

Qeyd edək ki, noyabrın 17-də Günəşdə 16 partlayış qeydə alınıb. Onların əksəriyyəti zəif və orta güclü olub. Partlayışlardan biri isə M sinfinə çataraq Günəşdəki nisbi sakitlik dövrünü pozub./Sfera.az/