Son dəqiqə
Pensiya və sosial ödənişlərlə bağlı yenilik Müəllimlərin işi asanlaşacaq – Kurikulumda YENİLİK – RƏSMİ Əhalinin NƏZƏRİNƏ – Səhər saat 4-dən başlayıb… Dubay şeyxinin keçmiş azərbaycanlı gəlininin iddiaları BMT-yə çatdı: Döyülmə, iynə, 6 günlük həbs… Ərazi məsələsində Rusiyaya təzyiq nəticə verməyəcək Liderlər sülh haqqında Bəyannamə qəbul etdilər – TAM MƏTN Sabah Bakıya leysan yağacaq Bakının bu rayonunda mənzillər KƏSKİN UCUZLAŞDI DSK-nın yaydığı məlumat diqqət çəkdi – Gedişhaqqı arta bilər? “Leyla Əliyevanın səfəri bu əlaqələrin möhkəmləndirilməsində mühüm addım olub” – Prezident

Müəllimlərin işi asanlaşacaq – Kurikulumda YENİLİK – RƏSMİ

Cəmiyyət

Təkmilləşdirilmiş riyaziyyat fənn kurikulumuna müəllimlər üçün qiymətləndirməyə dair istiqamətlər və sinifdaxili fəaliyyətlərlə bağlı tövsiyələr əlavə edilib.

Cagdas.az   xəbər verir ki, bunu riyaziyyat dərsliklərinin ictimai müzakirəsində Azərbaycan Respublikasının Təhsil İnstitutunun (ARTİ) Təhsil standartları və proqramları şöbəsinin müdiri Mənsur Məhərrəmov bildirib.

Onun sözlərinə görə, əvvəlki kurikulumdan fərqli olaraq, yeni sənəddə tədris məzmunu üç sütunda təqdim edilir:

“Birinci sütunda altstandartlar göstərilir. İkinci sütunda zəruri hallarda həmin standartların izahı verilir ki, məzmun daha düzgün anlaşılsın. Üçüncü sütunda isə mövzunun şagirdlərə daha yaxşı mənimsədilməsi üçün sinifdaxili fəaliyyətlərlə bağlı tövsiyələr təqdim olunur. Altstandartları daha konkret və ölçülə bilən formada hazırlamağa çalışmışıq. Çünki standartların əsas məqsədlərindən biri müəllimlərin şagirdlərin bilik və bacarıqlarını daha rahat qiymətləndirməsinə imkan yaratmaqdır. Əvvəlki kurikulumlarda qiymətləndirməyə dair ayrıca hissə yox idi, yeni sənəddə isə bu istiqamətdə müəyyən tövsiyələr əlavə olunub”.

M.Məhərrəmov bildirib ki, kurikulumun əsas məqsədi müəllimlərə pedaqoji metodikanı yenidən öyrətmək deyil, onlara tədris prosesinin təşkili üçün istiqamət verməkdir.

O qeyd edib ki, sənədin həcmi də optimallaşdırılıb, bəzi bölmələr, o cümlədən əvvəlki inteqrasiya cədvəli çıxarılıb.

Şöbə müdiri vurğulayıb ki, fənlərarası inteqrasiya müəllimin bilik və bacarığından, dünyagörüşündən və dərs zamanı çevik qərarvermə qabiliyyətindən asılı olaraq təbii şəkildə həyata keçirilməlidir (Azərbaycan müəllimi).\referans media\