Son dəqiqə
Pensiya və sosial ödənişlərlə bağlı yenilik Müəllimlərin işi asanlaşacaq – Kurikulumda YENİLİK – RƏSMİ Əhalinin NƏZƏRİNƏ – Səhər saat 4-dən başlayıb… Dubay şeyxinin keçmiş azərbaycanlı gəlininin iddiaları BMT-yə çatdı: Döyülmə, iynə, 6 günlük həbs… Ərazi məsələsində Rusiyaya təzyiq nəticə verməyəcək Liderlər sülh haqqında Bəyannamə qəbul etdilər – TAM MƏTN Sabah Bakıya leysan yağacaq Bakının bu rayonunda mənzillər KƏSKİN UCUZLAŞDI DSK-nın yaydığı məlumat diqqət çəkdi – Gedişhaqqı arta bilər? “Leyla Əliyevanın səfəri bu əlaqələrin möhkəmləndirilməsində mühüm addım olub” – Prezident

Pensiya və sosial ödənişlərlə bağlı yenilik

Cəmiyyət

Xaricdə yaşayan azərbaycanlılara sosial ödənişlərin elektron qaydada və proaktiv formada həyata keçirilməsi planlaşdırılır.

Cagdas.az  xəbər verir ki, bu barədə Dövlət Sosial Müdafiə Fondunun (DSMF) İdarə Heyətinin sədri Zəka Mirzəyev məlumat verib.

O bildirib ki, hazırda xarici ölkələrdə yaşayan vətəndaşlara beynəlxalq sazişlər əsasında ödənilən pensiyaların, sosial müavinətlərin və təqaüdlərin rəqəmsallaşdırılması istiqamətində iş aparılır.

Fondun rəhbərinin sözlərinə görə, DSMF-nin təqdim etdiyi 79 xidmətdən 78-i artıq elektronlaşdırılıb. Yalnız xaricdə yaşayan vətəndaşlara sosial ödənişlərin həyata keçirilməsi ilə bağlı xidmət hələ rəqəmsal formata keçirilməyib.

Zəka Mirzəyev qeyd edib ki, bu ödənişlərin proaktiv qaydada həyata keçirilməsi üçün digər dövlətlərin müvafiq elektron sistemləri ilə inteqrasiya tələb olunur. Hazırda bu imkanın olmaması prosesi çətinləşdirir. Bununla belə, məsələ ilə bağlı işlər davam etdirilir./report/