Fələstin Administrasiyasının xarici işlər və diaspor məsələləri üzrə naziri Varsen Ağabekyan Şahin İsrailin Qəzza zolağında həyata keçirdiyi addımların işğal altındakı İordan çayının qərb sahilində də təkrarlana biləcəyi barədə xəbərdarlıq edib. O bildirib ki, bunun nəticələri bütün regiona və daha geniş ərazilərə təsir göstərə bilər.
Çağdaş.Az xəbər verir ki, Neapolda çıxış edən Şahin İsrailin Fələstinə məxsus vergi gəlirlərini köçürməməsi səbəbindən Fələstin Administrasiyasının gəlirlərinin cəmi 20 faizi hesabına fəaliyyət göstərmək məcburiyyətində qaldığını bildirib.
“Biz heç bir yerə getmirik. Öz torpağımızda qalmaqda və müqavimət göstərməkdə qərarlıyıq”, – deyə o vurğulayıb.
Şahin beynəlxalq ictimaiyyəti Fələstin xalqının hüquqlarını tanımağa, İsraili işğalçı dövlət kimi məsuliyyətə cəlb etməyə və “anormal vəziyyəti normallaşdırmamağa” çağırıb.


