Son dəqiqə
Dövlət müəssisələri ilə bağlı mühüm qərar – Yeni plan bəlli oldu Mehriban Əliyeva və qızlarına ənənəvi Vyetnam qəhvəsinin hazırlanma üsulu göstərildi – FOTOLAR Əhalinin son sayı – Açıqlandı “Sabah” – “Barselona” matçında inanılmaz anşlaq gözlənilir – Bu sayda bilet satılıb Bu qurumlar bağlanacaq, digərləri birləşdiriləcək – AÇIQLAMA Mehriban Əliyeva Vyetnamın vitse-prezidenti ilə görüşdü – FOTOLAR Bakıdan Balakənə qatarla getmək istəyənlərin DİQQƏTİNƏ! Bərpa olundu Bakıda İLK: Sürücüləri və sərnişinləri nə gözləyir? Həyətyanı torpaqlara çıxarış verilməsi ilə bağlı YENİ QAYDA Adəm Məmmədova yenidən cinayət işi açıldı

Bu qurumlar bağlanacaq, digərləri birləşdiriləcək – AÇIQLAMA

İqtisadiyyat

“2026-cı ili zərərlə başa vuran müssisələrdə 2027-ci ildə kəskin işçi ixtisarları, müəssisələrin birləşməsi və ya tamamilə bağlanması gözlənilir”.

Çağdaş.Az xəbər verir ki, bu sözləri Azxeber.com-a açıqlamasında iqtisadi ekspert Günay Hüseynova bildirib. O qeyd edib ki, 2026-cı ilin başa çatmasına hələ bir aydan artıq vaxt var:

“Buna görə də müəssisələrin mənfəət göstəricilərinin nə dərəcədə artacağı hələ məlum deyil. Hazırda isə zərərlə fəaliyyət göstərən bir sıra müəssisələr var. Onların bəzilərinin bağlanması mümkün deyil. Məsələn, Bakı Metropolitenini buna misal göstərmək olar. Belə müəssisələrin zərərinin qarşılanması üçün ya əvvəlki illə müqayisədə dövlət büdcəsindən daha çox vəsait ayrılmalı, ya da qiymət artımına gedilməlidir. Digər məsələ zavodlarla bağlıdır. Əgər idxal məhsulları daha ucuz başa gəlirsə və yerli istehsal rəqabət qabiliyyətinə malik deyilsə, müəssisənin zərərlə işləməsi nəticəsində ixtisarların aparılması və ya fəaliyyətinin dayandırılması gözləniləndir”.

Ekspert əlavə edib ki, qurumların birləşdirilməsi məsələsinə gəldikdə isə bu, əvvəlki təcrübədə olduğu kimi, müxtəlif qurumların agentlik və digər adlar altında birləşdirilməsi formasında həyata keçirilə bilər:

“Konkret adlar və qərarlar 2026-cı ilin sonunda bəlli olacaq. Çünki müəssisələrin mənfəət və zərər göstəriciləri əsasən ilin yekununda dəqiqləşir. Zavodlardan “Azərikimya”, “Karbamid” və “Metanol” zavodları, qurumlardan isə Bakı Metropoliteni və “Azərişıq”la bağlı dəyişikliklərin olacağı gözlənilir. Həmçinin onların müəyyən hissəsinin özəlləşdirilməsi də mümkündür.