UEFA Çempionlar Liqasının əsas mərəhələsi çərçivəsində baş tutacaq “Sabah” – “Barselona” (Barcelona) görüşünə neçə bilet satıldığı bəlli olub.
“Bayquşlar”ın mətbuat xidmətindən Çağdaş.Az-a verilən məlumata görə, Liqa mərhələsinin 5-ci turu çərçivəsində keçiriləcək matçı artıq 62 min azarkeşin canlı izləyəcəyi bildirilib.
Qeyd edək ki, görüş noyabrın 25-də Bakı Olimpiya Stadionunda baş tutacaq. Oyunun start fiti saat 21:45-də səsləndiriləcək.


