Son dəqiqə
Nərman Qocatürkün sirli ölümü: rektor həbs edilir? – AÇIQLAMA Kolleclərlə bağlı vacib dəyişiklik gözlənilir “Şərq qapısı” qəzetinin 105 illik yubileyi qeyd edilib – FOTOLAR Tədris Cərrahiyyə Klinikasında qalmaqal – Tibbi aparatlar işləmir, həkimlərin 5 aylıq maaşı verilmir – RƏSMİ CAVAB Bu yol 7 saat bağlı olacaq Rüşvət, qohumbazlıq, universiteti məhkəməyə verən tələbə – BDU-da baş verən biabırçılıqlar Dövlət müəssisələri ilə bağlı mühüm qərar – Yeni plan bəlli oldu Mehriban Əliyeva və qızlarına ənənəvi Vyetnam qəhvəsinin hazırlanma üsulu göstərildi – FOTOLAR Əhalinin son sayı – Açıqlandı “Sabah” – “Barselona” matçında inanılmaz anşlaq gözlənilir – Bu sayda bilet satılıb

Kolleclərlə bağlı vacib dəyişiklik gözlənilir

Cəmiyyət
kollec

Kolleclərin müstəqil statusunun aradan qaldırılaraq ali təhsil müəssisələrinin vahid sisteminə daxil edilməsi nəzərdə tutulur.

Çağdaş.Az xəbər verir ki, bunu Elm və Təhsil Nazirliyinin elm, ali və peşə təhsili şöbəsinin müdiri Turxan Süleyman 2026/2027-ci tədris ili: Orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulunun nəticələrinə həsr edilmiş tədbirdə deyib.

Onun sözlərinə görə, hazırda da bəzi kolleclər ali təhsil müəssisələrinin tabeliyində fəaliyyət göstərir:

“Bu istiqamətdə birgə əməkdaşlıq həyata keçirilir. Pilot təcrübə əsasında inteqrasiya prosesinə artıq başlanılıb. Tam inteqrasiya dedikdə isə kolleclərin müstəqil statusunun aradan qaldırılaraq ali təhsil müəssisələrinin vahid sisteminə daxil edilməsi nəzərdə tutulur. Bu, həmin müəssisələrdə bakalavriat, magistratura, sertifikat proqramları və digər təhsil imkanlarının vahid sistem çərçivəsində təşkili deməkdir”.

Şöbə müdiri qeyd edib ki, eyni zamanda, ali təhsil müəssisələrinin tabeliyində fəaliyyət göstərəcək kolleclərdə müvafiq ixtisaslar üzrə kadr hazırlığının aparılması və məzunların əmək bazarına çıxışının təmin edilməsi planlaşdırılır.

T.Süleyman əlavə edib ki, gələcəkdə 9-cu sinifdən sonra kolleclərə qəbulun məhdudlaşdırılması, 11-ci sinifdən sonra isə qəbulun davam etdirilməsi nəzərdə tutulur:

“9-cu sinif bazasından qəbulun gələcəkdə yalnız peşə təhsili müəssisələrində həyata keçirilməsi planlaşdırılır”./Report/