Son dəqiqə
Kolleclərlə bağlı vacib dəyişiklik gözlənilir “Şərq qapısı” qəzetinin 105 illik yubileyi qeyd edilib – FOTOLAR Tədris Cərrahiyyə Klinikasında qalmaqal – Tibbi aparatlar işləmir, həkimlərin 5 aylıq maaşı verilmir – RƏSMİ CAVAB Bu yol 7 saat bağlı olacaq Rüşvət, qohumbazlıq, universiteti məhkəməyə verən tələbə – BDU-da baş verən biabırçılıqlar Dövlət müəssisələri ilə bağlı mühüm qərar – Yeni plan bəlli oldu Mehriban Əliyeva və qızlarına ənənəvi Vyetnam qəhvəsinin hazırlanma üsulu göstərildi – FOTOLAR Əhalinin son sayı – Açıqlandı “Sabah” – “Barselona” matçında inanılmaz anşlaq gözlənilir – Bu sayda bilet satılıb Bu qurumlar bağlanacaq, digərləri birləşdiriləcək – AÇIQLAMA

“Şərq qapısı” qəzetinin 105 illik yubileyi qeyd edilib – FOTOLAR

Cəmiyyət

Noyabrın 20-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin orqanı olan “Şərq qapısı” qəzetinin redaksiyasında nəşrin 105 illik yubileyi münasibətilə tədbir keçirilib.

Çağdaş.Az xəbər verir ki, tədbirdə qəzetin yaranma tarixindən, zəngin inkişaf yolundan, Naxçıvanın ictimai-siyasi və mədəni həyatında oynadığı mühüm roldan bəhs olunub.

Bildirilib ki, 1921-ci ildə fəaliyyətə başlayan “Şərq qapısı” ötən 105 il ərzində müxtəlif tarixi mərhələlərin, ictimai-siyasi proseslərin və quruculuq salnaməsinin güzgüsü olub. Nəşr bütün dövrlərdə öz missiyasına sadiq qalaraq Naxçıvanın tarixinin, mədəniyyətinin, iqtisadiyyatının, elminin və ictimai həyatının işıqlandırılmasında mühüm rol oynayıb. Eyni zamanda milli-mənəvi dəyərlərin qorunmasına, ana dilinin inkişafına və maarifçilik ənənələrinin yaşadılmasına xidmət edib.

Qeyd olunub ki, qəzet bu gün də zəngin ənənələrini yaşadaraq müasir jurnalistikanın tələblərinə uyğun fəaliyyətini davam etdirir, Naxçıvanda baş verən yenilikləri çap nəşri, rəsmi internet saytı və sosial media hesabları vasitəsilə geniş oxucu auditoriyasına çatdırır.

Tədbirin sonunda səmərəli fəaliyyəti və peşəkar əməyi ilə fərqlənən bir qrup əməkdaşa Fəxri Fərman və təşəkkürnamələr təqdim olunub.

105 illik yol – tarixə çevrilən söz, yaşadılan ənənə və gələcəyə ünvanlanan məsuliyyət deməkdir. “Şərq qapısı” bundan sonra da öz missiyasına sadiq qalaraq cəmiyyətin informasiya ehtiyaclarının ödənilməsinə, milli mətbuat ənənələrinin inkişafına xidmət edəcək.