Son dəqiqə
Gömrük əməkdaşlarının rotasiya qaydası dəyişir Məhkəmə ekspertlərinin ixtisas və ali təhsil tələblərinə yenidən baxılır Yoxlasan, babası lütün biri olub – Siyavuş Novruzov məmurlara söz atdı Paşinyan Azərbaycan mahnısını ermənicə paylaşdı – (Video) Vəzifəli şəxslərin torpaqları, biznesləri, gizli əlaqələri… – Parlamentdə yeni qanun Anar Ələkbərov Vatikan Apostol Arxivi ilə sənəd imzaladı ABŞ senatoru TRIPP layihəsinə görə İlham Əliyevi təbrik edib Milli Məclisdə məmurların qohumbazlığına ETİRAZ EDİLDİ Vəzifəli şəxsin şəxsi maraqları dövlətə zərər vurmamalıdır – Komitə sədri Zəngəzur dəhlizi Türk dünyası üçün yeni imkanlar yaradacaq

Ermənistanın yeni Konstitusiyasında Ağrı dağının adı çıxarılıb

Cəmiyyət

Ermənistanın yeni Konstitusiya layihəsində dövlət gerbi və bayrağının təsviri yer almayıb. Qüvvədə olan Konstitusiyada isə dövlət gerbinin təsvirində Ağrı dağının adı çəkilir.

Cagdas.az  xəbər verir ki, layihədə gerb, bayraq və himn Ermənistanın dövlət rəmzləri kimi göstərilib. Gerbin və bayrağın təsvirinin, eləcə də himnin mətninin qanunla müəyyən edilməsi nəzərdə tutulur.

Qüvvədə olan Konstitusiyada bayrağın rəngləri sadalanır, gerbdə isə Ağrı dağı, Nuhun gəmisi və dörd tarixi erməni krallığının gerblərinin təsvir edildiyi göstərilir.

Sputnik Ermənistanın məlumatına görə, ötən il Türkiyə ilə münasibətlərin normallaşdırılması çərçivəsində Ağrı dağının təsviri pasportlara vurulan möhürlərdən çıxarılıb.\modern.az\