Son dəqiqə
Məhkəmə ekspertlərinin ixtisas və ali təhsil tələblərinə yenidən baxılır Yoxlasan, babası lütün biri olub – Siyavuş Novruzov məmurlara söz atdı Paşinyan Azərbaycan mahnısını ermənicə paylaşdı – (Video) Vəzifəli şəxslərin torpaqları, biznesləri, gizli əlaqələri… – Parlamentdə yeni qanun Anar Ələkbərov Vatikan Apostol Arxivi ilə sənəd imzaladı ABŞ senatoru TRIPP layihəsinə görə İlham Əliyevi təbrik edib Milli Məclisdə məmurların qohumbazlığına ETİRAZ EDİLDİ Vəzifəli şəxsin şəxsi maraqları dövlətə zərər vurmamalıdır – Komitə sədri Zəngəzur dəhlizi Türk dünyası üçün yeni imkanlar yaradacaq Kainatın dərinliklərində tarixi kəşf: Ən uzaq kvazar aşkar edildi

Məhkəmə ekspertlərinin ixtisas və ali təhsil tələblərinə yenidən baxılır

Cəmiyyət

Məhkəmə ekspertlərinin ixtisaslarının və həmin ixtisaslar üzrə tələb olunan ali təhsil ixtisaslarının siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq ediləcək.

Cagdas.az  xəbər verir ki, bu məsələ Milli Məclisin bugünkü iclasında müzakirəyə çıxarılan “Məhkəmə ekspertizası fəaliyyəti haqqında” qanuna təklif edilən dəyişiklikdə öz əksini tapıb.

Dəyişikliyə əsasən, qanunun 11-ci maddəsində nəzərdə tutulan müvafiq müddəalar yenilənir. Belə ki, məhkəmə ekspertinin fəaliyyətə buraxılması ilə bağlı mətndə işlədilən “müəyyən ekspertiza” ifadəsi “müvafiq məhkəmə eksperti” ifadəsi ilə əvəz olunur.

Eyni zamanda, qanuna yeni müddəa əlavə edilir. Həmin müddəaya əsasən, məhkəmə eksperti ixtisaslarının və bu ixtisaslar üzrə tələb olunan ali təhsil ixtisaslarının siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiqlənəcək.

Bundan başqa, qanunun 11-ci maddəsinin on üçüncü hissəsində də terminoloji dəyişiklik edilərək “ekspertizası” sözü “eksperti” sözü ilə əvəz olunur.

Qanun layihəsi səsverməyə qoyularaq birinci oxunuşda qəbul edilib.