Milli Məclisin bu gün keçirilən plenar iclasında “Telekommunikasiya haqqında” qanuna dəyişiklik edilməsi barədə qanun layihəsi üçüncü oxunuşda müzakirəyə çıxarılıb.
Cagdas.az xəbər verir ki, dəyişikliyə əsasən, telekommunikasiya xidmətlərinin keyfiyyət göstəricilərinin müəyyən edilməsi və operatorların bu tələblərə əməl etməsi ilə bağlı qanunvericilik normaları təkmilləşdirilir.
Yeni redaksiyaya görə, rabitə və internet operatorları xidmətləri müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qurum tərəfindən təsdiqlənən keyfiyyət göstəricilərinə uyğun təqdim etməyə borclu olacaqlar. Eyni zamanda, qanunda əksini tapan “standartlar” anlayışı daha konkret olan “keyfiyyət göstəriciləri” ifadəsi ilə əvəz edilir.
Müzakirələrdən sonra qanun layihəsi səsverməyə qoyularaq üçüncü oxunuşda qəbul edilib.


