Son dəqiqə
Deputatlar noyabrın 27-si yenidən toplaşacaqlar Gömrük əməkdaşlarının rotasiya qaydası dəyişir Məhkəmə ekspertlərinin ixtisas və ali təhsil tələblərinə yenidən baxılır Yoxlasan, babası lütün biri olub – Siyavuş Novruzov məmurlara söz atdı Paşinyan Azərbaycan mahnısını ermənicə paylaşdı – (Video) Vəzifəli şəxslərin torpaqları, biznesləri, gizli əlaqələri… – Parlamentdə yeni qanun Anar Ələkbərov Vatikan Apostol Arxivi ilə sənəd imzaladı ABŞ senatoru TRIPP layihəsinə görə İlham Əliyevi təbrik edib Milli Məclisdə məmurların qohumbazlığına ETİRAZ EDİLDİ Vəzifəli şəxsin şəxsi maraqları dövlətə zərər vurmamalıdır – Komitə sədri

Gömrük əməkdaşlarının rotasiya qaydası dəyişir

Cəmiyyət

Gömrük orqanlarının vəzifəli şəxslərinin rotasiyasının keçirilməsi qaydasını müvafiq gömrük orqanı müəyyən edəcək.

Cagdas.az  xəbər verir ki, bu, Milli Məclisin bugünkü iclasında müzakirə olunan “Gömrük orqanlarında xidmət haqqında Əsasnamə”yə təklif edilən dəyişiklikdə əksini tapıb.

Dəyişikliyə əsasən, gömrük orqanlarının vəzifəli şəxslərinin başqa işə keçirilməsinin əsasları yenidən müəyyənləşdirilir.

Belə ki, gömrük əməkdaşları yuxarı vəzifəyə keçirildikdə, ailə vəziyyətinə və səhhətinə görə, yaş həddi ilə əlaqədar, rotasiya qaydasında, habelə digər nəzərdə tutulan hallarda başqa işə keçirilə biləcəklər.

Layihədə nəzərdə tutulan dəyişikliklərə görə, ailə vəziyyəti və səhhətlə bağlı əsaslarla, eləcə də təhsillə əlaqədar başqa işə keçirilmə müvafiq şəxslərin razılığı əsasında həyata keçiriləcək.

Bundan başqa, ştatların ixtisarı nəticəsində bərabər vəzifəyə keçirilmə mümkün olmadıqda, attestasiyanın nəticələrinə əsasən əməkdaşın tutduğu vəzifəyə uyğun gəlmədiyi müəyyənləşdirildikdə və intizam tənbehi qaydasında onun aşağı vəzifəyə keçirilməsi mümkün olacaq.

Qanun layihəsinə əsasən, gömrük orqanlarının vəzifəli şəxslərinin rotasiyasının keçirilməsi qaydası Azərbaycan Respublikasının gömrük işini aparan icra hakimiyyəti orqanı tərəfindən müəyyən ediləcək.

Qanun layihəsi səsverməyə çıxarılıb və birinci oxunuşda qəbul edilib.