Son dəqiqə
İlham Əliyevin Kestutis Budrisi qəbuluna dair video paylaşıldı İlham Əliyev Hikmət Çətinin ailəsinə başsağlığı verdi Vaşinqtonun qərarı Berlini narahat edir – ABŞ hərbçiləri Almaniyanı tərk edə bilər Misir Mərdanov Məleykə Abbaszadəyə tabe olacaq – Bir-birlərini ittiham edirdilər Xaricə satılan malların puluna gömrük nəzarət edəcək Papa XIV Levdən dünyaya çağırış: İqlim böhranı milyonlarla insanın həyatını təhdid edir Bu axşam Bakıda ictimai nəqliyyatda gediş 1 qəpik olacaq Azərbaycanda yeni Mərkəz yaradıldı “Huawei” qalmaqalında yeni mərhələ: Məhkəmə qərarı açıqlandı Azərbaycanla Litva arasında daha 7 sənəd imzalanacaq

İlham Əliyev Hikmət Çətinin ailəsinə başsağlığı verdi

Cəmiyyət

Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin görkəmli dövlət və ictimai-siyasi xadimi Hikmət Çətinin vəfatı ilə əlaqədar onun ailəsinə başsağlığı verib.

Cagdas.az  xəbər verir ki, dövlət başçısı başsağlığı məktubunda Hikmət Çətinin Azərbaycan–Türkiyə münasibətlərinin inkişafına böyük töhfə verdiyini vurğulayıb.

“Türkiyə Respublikasının görkəmli dövlət və ictimai-siyasi xadimi Hikmət Çətinin vəfatı xəbəri məni olduqca kədərləndirdi.

Hikmət Çətin Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında münasibətlərin inkişafına, qardaşlıq əlaqələrimizin möhkəmlənməsinə böyük töhfə vermişdir. Onunla görüşlərimi həmişə ən xoş təəssüratlarla xatırlayacağam.

Bu ağır anlarda dərdinizə şərik çıxır, ailənizin bütün üzvlərinə dərin hüznlə başsağlığı verirəm.

Allah rəhmət eləsin!” – məktubda deyilir.

Qeyd edək ki, Hikmət Çətin 1937-ci ildə Türkiyənin Diyarbəkir vilayətinin Licə rayonunda anadan olub. O, 1991-1994-cü illərdə Türkiyənin xarici işlər naziri, 1997-1999-cu illərdə isə Türkiyə Böyük Millət Məclisinin sədri olub. Müxtəlif dövrlərdə baş nazirin müavini və Cümhuriyyət Xalq Partiyasının (CHP) sədri vəzifələrində çalışıb. 2004-2006-cı illərdə NATO-nun Əfqanıstandakı baş mülki nümayəndəsi olub.