Son dəqiqə
Yalan danışanın 20 əlaməti və onu üzə çıxarmağın yolları Meqan Marklın atasını 40 il həbs gözləyir – Ağır ittihamlar irəli sürüldü Bakıda ev almaq istəyənlər bu ünvanları nəzərdən keçirsin: İnşaatçılar, Keşlə, Əhmədli… Kəlbəcər azadlığının 6-cı ilində 681 sakin doğma yurda qayıdıb Zelenski ilə Macarsıstanın Baş naziri voleybol oynadılar – VİDEO Müavinət və təqaüd alanlara şad xəbər! İllərdir gözlənilən qərar verildi: Bu sənədlə torpağa çıxarış almaq mümkün olacaq Dövlət başçılarının bacı-qardaşları – 11 uşaqlı ailədə böyüyən, iki qardaşı ölən PREZİDENTLƏR Kredit almaq istəyən sahibkarlar üçün YENİ İMKAN – Banka getmədən müraciət mümkün olacaq Bayramdan sonra ucuz ət gözləyənlərə PİS XƏBƏR – Bahalaşma davam edəcək

Meqan Marklın atasını 40 il həbs gözləyir – Ağır ittihamlar irəli sürüldü

Dünya
Britaniya kral ailəsinin üzvü, Sasseks hersoginyası Meqan Marklın atası Tomas Markla qarşı ABŞ-də iki maddə üzrə rəsmi ittiham irəli sürülüb.

Cagdas.az xarici mətbuata istinadən xəbər verir ki, noyabrın 24-də Los-Ancelesdə Federal Məhkəməsi 82 yaşlı T.Marklın yetkinlik yaşına çatmayan şəxslərə qarşı seksual zorakılıq məzmunlu materialları saxlamaqda ittiham olunması ilə bağlı qərar qəbul edib.

ABŞ Ədliyyə Nazirliyinin məlumatına görə, ittiham sənədində Tomas Marklın 35 millimetrlik foto lentlərin neqativlərində qanunsuz materialları bilərəkdən saxladığı bildirilir. Həmin görüntülər arasında yetkinlik yaşına çatmamış, o cümlədən 12 yaşına çatmayan uşaqların da olduğu iddia edilir.

Federal prokurorluğun məlumatına görə, FBI əməkdaşları Los-Anceles ətrafında Tomas Markla məxsus iki anbar sahəsində axtarış aparıb. Nəticədə slaydlar, foto neqativlər və kitablar da daxil olmaqla, şübhəli materialların olduğu təxminən 78 əşya müsadirə edilib.

İttiham sənədində bəzi fotolarda Tomas Marklın yetkinlik yaşına çatmamış qız uşağı ilə birlikdə əks olunduğu barədə iddialar da yer alıb. Həmin görüntülərdən bəzilərinin Filippində çəkildiyi ehtimal olunur.

599482

T.Markl hazırda Floridada həbsdə saxlanılır. O, noyabrın 6-da yaşadığı qocalar evində həbs edilib. Daha sonra girov müqabilində azadlığa buraxılaraq elektron izləmə qolbağı taxmaq şərti ilə ev dustaqlığına keçirilib. Lakin noyabrın 10-da izləmə cihazını çıxardığı iddiasından sonra yenidən həbs olunub.

ABŞ Ədliyyə Nazirliyinin məlumatına görə, T.Marklın yaxın həftələrdə Los-Ancelesə aparılması və federal məhkəmə qarşısına çıxarılması gözlənilir. İrəli sürülən iki ittihamın hər biri üzrə 20 ilədək həbs cəzası nəzərdə tutulur.

Qeyd edək ki, keçirilən psixiatrik ekspertiza T.Marklın məhkəmə prosesində iştirak etmək qabiliyyətində olduğunu müəyyən edib. Ona əvvəllər demensiya diaqnozu qoyulsa da, ekspertlər onun ittihamların mahiyyətini anladığını və müdafiəsinə kömək edə biləcəyini bildiriblər.

599480

T.Markl isə ona qarşı irəli sürülən ittihamları rədd edir. O, qanunsuz materiallara sahib olmadığını bildirib. ABŞ qanunvericiliyinə əsasən, məhkəmədə təqsiri sübuta yetirilənədək hər kəs günahsız hesab olunur.

Meqan Markl oktyabrın 23-də atasına qarşı səsləndirilən iddialarla bağlı açıqlama yayaraq baş verənlərdən dərin sarsıntı keçirdiyini bildirib. O, uşaqlarını babaları ilə ünsiyyətdən uzaq tutmaq qərarının onları qorumaq məqsədi daşıdığını vurğulayıb.

Hersoqinya açıqlamasında ümid etdiyini bildirib ki, ədalət təmin olunacaq və əsas diqqət uşaqların təhlükəsizliyinə yönəldiləcək.

Ata-qız münasibətləri 2018-ci ildə Meqan Marklın şahzadə Harri ilə evliliyindən əvvəl pozulub. Həmin vaxtdan bəri onların münasibətləri əvvəlki kimi olmayıb.\ölkə.az